Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Dayanacaqdakı sahibsiz çantadan 6 minə yaxın pul götürdü

Dayanacaqdakı sahibsiz çantadan 6 minə yaxın pul götürdü

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Dayanacaqdakı sahibsiz çantadan 5627 manat götürən qadına hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi 1964-cü il təvəllüdlü Nahidə Məmmədovanı Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilib.

Bildirilib ki, hadisə bu il mayın 27-si saat 22 radələrində Şamaxinka kimi tanınan ərazidə (Moskva prospekti - “Spero Hospital” klinikasının yanı) qeydə alınıb.

Qeyd edilib ki, hadisədən əvvəl paytaxtda mənzillərin birində xadimə işləyən qadın Müşfiqabad qəsəbəsində avtobus gözləyərkən çantasını dayanacaqda unudub. Daha sonra dayanacaqda olan Nahidə həmin çantaya baxıb və içindəki 5627 manat pulu götürərək Xırdalana gedib. Faktın üstü bir gün sonra açılıb və polis cinayət işi başladıb.

Məhkəmədə N. Məmmədova özünü günahkar bilməyib: “Saat təxminən 21:40 radələrində “Spero Hospital”ın qarşısındakı dayanacağa yaxınlaşaraq avtobus gözləyirdim. Bu zaman qara rəngli əl çantasının unudulduğunu gördüm. Hətta orada olan iki uşaq çantanın mənə məxsus olub-olmaması barədə soruşdu, mənə aid olmadığını dedim. Çanta sahibinin uzaqlaşdığını başa düşərək onu açıb içərisinə baxdıqda əksəriyyəti 100 və 50 manatlıq əskinaslardan ibarət rezinlə bağlanmış topa şəklində pulların olduğunu aşkar etdim. Həmin anda sayını bilmədiyim pulu götürərək itməməsi və oğurlanmaması üçün öz əl çantama qoydum. Sonra avtobusa minib oradan uzaqlaşdım.

Bir müddət sonra baldızımın evinə çatdım və orada pulu sayaraq 5627 manat olduğunu bildim. Baldızım həmin pulun haradan əldə edildiyi ilə maraqlandıqda ona vəziyyəti danışdım. O isə mənim telekanallardan birinin vasitəsilə elan verib pulun sahibinə qaytarılmasının lazım olduğunu dedi. Artıq gec olduğuna görə polisə getməyi deyil, telekanal vasitəsilə elan verib pulun sahibinin tapılması və qaytarılması yolunu seçdik. Bu məqsədlə 28 may 2025-ci il tarixdə pulu özümlə götürərək baldızımla birlikdə Yasamalda yerləşən “Azad Azərbaycan” telekanalına getdim. Binaya yaxınlaşıb məlumat verdikdən sonra Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları telekanalın binasına yaxınlaşaraq bizi polis şöbəsinə dəvət etdi. Nəsimi RPİ-nin İŞ-də 53 ədəd 100 manatlıq, 02 ədəd 50 manatlıq, 12 ədəd 10 manatlıq, 21 ədəd 05 manatlıq və 02 ədəd 01 manatlıq əskinaslardan ibarət ümumilikdə 5627 manat nağd pulu sahibinə təqdim etdik. Mən cinayət törətməmişəm və məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Zərərçəkmiş qadın isə ifadəsində Nahidədən şikayəti olmadığını və barışdığını deyib: “Müşfiqabad qəsəbəsində ev tikdirirəm, amma pulum çatmadığına görə işlər yarımçıq dayanmışdı. Buna görə xadimə işlədiyim evin sahibindən 5000 manat borc pul almışdım ki, aparıb ustaya verim, təmir işlərini davam etdirsin. 600 manat isə aylıq məvacibim, üstündəki 27 manat isə gündəlik çörəkpulum idi. Bütün pullar mənə qaytarıldığı üçün heç bir şikayətim yoxdur”.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Nahidə Məmmədova oğurluq əməlində təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri