Icma.az
close
up
RU
Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı elmi konfrans

Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı elmi konfrans

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Türkiyənin Konya Texniki Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Özbəkistanın Geologiya Elmləri Universiteti, Rumıniyanın Kənd Təsərrüfatı Elmləri və Baytarlıq Təbabəti Banats Universitetinin elmi tərəfdaşlığı ilə “Dayanıqlı gələcək: Yer elmləri və ekologiyanın inteqrasiyalı inkişafı” mövzusunda I beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Konfransın açılış mərasimində BDU-nun elm və innovasiya üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, hazırda Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsi və “yaşıl iqtisadiyyat”a keçid üçün strateji mexanizmlərin işlənib hazırlanması məsələlərində fəal mövqe tutur. Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” və “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” beş əsas prioritetdəndir. Prorektor diqqətə çatdırıb ki, son illər BDU-da ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri ilə mübarizə istiqamətində elmi-tədqiqiat işləri, ekoloji maarifləndirmə və ekoloji məsuliyyətin artırılması üçün layihələr həyata keçirilir. BDU Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) və bu məqsədlərlə əlaqəli 169 hədəf istiqamətində öz fəaliyyətini genişləndirir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə BDU-nun nəzdində ECOLEAD Klinikası, ekoloji maarifləndirmə və tədqiqat mərkəzi, tələbə və tədqiqatçıların ətraf mühitin qorunması sahəsində daha geniş məlumat və təcrübə qazanmalarını təmin edən “Ekoməkan”, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanmış Ekoenerji Məntəqəsi fəaliyyət göstərir. BDU dünya universitetləri ilə əməkdaşlıq edərək bakalavr, magistratura və doktorantura səviyyələrində 15-dən çox ikili diplom proqramı həyata keçirir. BDU-nun sənaye müəssisələri ilə əlaqələrinin inkişafı nəticəsində son 5 ildə 120-dən çox milli və beynəlxalq qrant və müqavilə əsasında layihə həyata keçirilib, 700-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub.

“BDU Yer elmləri sahəsində yeni məktəblərin yaranmasında, beynəlxalq əlaqələrin və elmi tədqiqatların genişlənməsində maraqlıdır. İlk dəfə keçirilən bu konfransda Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Rumıniya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Mali, Çin, İsrail, Lüksemburq da daxil olmaqla 12 ölkə təmsil olunur. Konfransın proqramına 280 məruzə daxil edilib. İnanırıq ki, konfrans Yer elmləri sahəsində alimlər və gənc tədqiqatçılar üçün mühüm platforma olacaq, yeni elmi prioritetlər müəyyən edəcək”, - deyə prorektor bildirib.

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov isə konfransın regionun strateji və dayanıqlı inkişafına, ekologiyanın qorunmasına xidmət etdiyini bildirib. Hazırda ölkəmizin ekosistemi üçün ən vacib məsələlərdən birinin Xəzər dənizi ilə əlaqədar olduğunu deyən BANM rektoru konfansda ekologiya, geologiya, coğrafiya istiqamətləri üzrə ən aktual məsələlərə toxunulacağına əminliyini bildirib.

BDU-nun Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Coğrafi ekologiya kafedrasının professoru Şövqisəfa Göyçayski, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmrani, Neft və Qaz İnstitutunun icraçı direktoru professor Vaqif Qurbanov, Respublika Uşaq-Gənclər İnkişafı Mərkəzinin direktoru, BDU-nun Bioekologiya kafedrasının dosenti Firuzə Sultan-zadə, Türkiyənin Konya Texniki Universitetinin professorları Ekrem Tusat, Muzaffer Kahveci, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin UNESCO-nun dayanıqlı inkişaf üzrə kafedrasının müdiri, dosent Tursynkul Bazarbayeva, Qazaxıstanın Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin professoru Göhfər Bişimbayeva çıxışlarında qlobal iqlim dəyişikliklərinin davamlı inkişafa təsiri, qarşıda dayanan əsas çağırışlara dair fikirlərini bildiriblər.

Konfrans öz işini plenar sessiyalarla davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri