Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafı sürətləndirəcək

Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafı sürətləndirəcək

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə rəqəmsal texnologiyalar iqtisadiyyatın müəyyən bir sahəsi olmaqla yanaşı, bütövlükdə idarəetmənin, sosial münasibətlərin və inkişaf modelinin əsas dayaqlarından birinə çevrilib. Qlobal çağırışlar, texnoloji transformasiya və rəqabətli beynəlxalq mühit ölkələri rəqəmsal iqtisadiyyatı milli inkişaf strategiyalarının mərkəzinə yerləşdirməyə vadar edir. Azərbaycan da bu tendensiyadan kənarda qalmayaraq, rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib.

Bu mövqe beynəlxalq platformalarda da açıq şəkildə ifadə olunur. BMT Baş Assambleyasının İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (İCÜS) nəticələrinin icrasına həsr olunmuş yüksək səviyyəli iclasda çıxış edən Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev ölkəmizin rəqəmsal inkişafla bağlı baxışını diqqətə çatdırıb. O bildirib ki, sammitin keçirilməsindən ötən iki onillik ərzində rəqəmsal transformasiya dayanıqlı inkişafın ayrılmaz tərkib hissəsinə çevrilib. Eyni zamanda, bu transformasiyanın imkanlarının dünya miqyasında hələ də bərabər bölüşdürülmədiyi vurğulanıb.

Azərbaycanın mövqeyinə görə, universal, təhlükəsiz və əlçatan rəqəmsal əlaqə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın əsas şərtlərindən biridir. Bu kontekstdə ölkəmiz milli səviyyədə rəqəmsal transformasiyanı strateji prioritet elan edib və bu istiqamətdə konkret yol xəritəsi formalaşdırıb. Məhz bu məqsədlə “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın icrası nəzərdə tutulur.

Yeni strategiya inklüziv iqtisadi artımı və davamlı rəqəmsal iqtisadiyyatın qurulmasını hədəfləyir. Sənəddə yüksək keyfiyyətli rəqəmsal infrastrukturun genişləndirilməsi, rəqəmsal bacarıqların inkişafı və innovasiya mühitinin təşviqi əsas istiqamətlər kimi müəyyən edilib. Bu yanaşma iqtisadiyyatın müxtəlif sahələrində məhsuldarlığın artırılmasına, biznes mühitinin yaxşılaşdırılmasına və vətəndaşların rəqəmsal imkanlardan daha geniş istifadə etməsinə şərait yaradacaq.

Son illər Azərbaycan hökumətinin genişzolaqlı internet şəbəkəsinin inkişafına, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsinə və innovasiya ekosisteminin formalaşdırılmasına yönəlmiş investisiyaları bu siyasətin praktik nəticələrini ortaya qoyur. Xüsusilə ASAN Xidmət modeli şəffaf, səmərəli və vətəndaş yönümlü yanaşması ilə beynəlxalq səviyyədə nümunə kimi qəbul olunur. Bu model rəqəmsal texnologiyaların institusional islahatlarla uzlaşdırılmasının dövlət-vətəndaş münasibətlərində etimadı gücləndirdiyini nümayiş etdirir.

Azərbaycan nümayəndəsi qeyd edib ki, bununla yanaşı, Azərbaycan "Rəqəmsal İpək Yolu" təşəbbüsü ilə regional rəqəmsal əlaqəni dəstəkləyir, Trans-Avrasiya informasiya infrastrukturunun təhlükəsiz və davamlı olmasını təmin etməyi hədəfləyir və regional inteqrasiyanı dəstəkləyir. Postmünaqişə bərpa işləri çərçivəsində azad edilmiş ərazilərdə ağıllı və davamlı şəhərlərin inkişafı, rəqəmsal infrastruktur, yaşıl texnologiyalar və innovasiya ekosistemlərinin tətbiqi ilə inklüziv artımı və gənclər üçün iş imkanlarını təmin edir.

Rəsmi Bakının mövqeyinə görə, inklüziv, bərabər və davamlı rəqəmsal gələcəyin qurulması yalnız beynəlxalq əməkdaşlıq yolu ilə mümkündür. Azərbaycan bu istiqamətdə bütün üzv dövlətlər və maraqlı tərəflərlə əməkdaşlığa açıq olduğunu bəyan edir. Məqsəd hər bir ölkənin öz rəqəmsal inkişaf yolunu müəyyən edə bilməsi və hər bir insanın informasiya cəmiyyətinin imkanlarından faydalanmasıdır.

Azər BADAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Azərbaycan dünya birliyindən ayrı düşmədən qlobal trendləri yaxından izləyir, müasir dünyanın gətirdiyi çağırışlara cavab verir. Bu səbəbdəndir ki, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər planı” hissəsinin 1.1.8-ci yarımbəndinin 1-ci abzasının icrası məqsədilə hazırlanmışdır.

Strategiyanın əsas məqsədi odur ki, ölkədə sahibkarlıq sahəsində rəqəmsal infrastruktur genişləndirilsin. Nəzərdə tutulur ki, transformasiyanın sürətləndirilməsi, iqtisadiyyatın rəqabətliliyinin yaxşılaşdırılması, innovasiyanın əsaslı inkişafı təşviq edilsin, rəqəmsal bacarıqlar gücləndirilməklə yanaşı, rəqəmsal iqtisadi fəaliyyətlərin dayanıqlılığı artırılsın. Bununla yanaşı, rəqəmsal xidmətlərin keyfiyyəti və əlçatanlığı da yüksəldilməlidir.

Rəqəmsal texnologiyalar qlobal iqtisadi inkişafda həlledici rol oynayır, lakin ekoloji və sosial aspektlər nəzərə alınmadıqda yeni risklər yaradır. Azərbaycan bütün bu amilləri nəzərə alır.

Burada əsas diqqət yetirilən məsələlərdən biri ondan ibarətdir ki, sadəcə dövlət qurumları üçün deyil, habelə özəl şirkətlər, hüquqi şəxslər, sahibkarlar üçün də yeni imkanlar yaradılsın. Dövlət qurumlarında inzibati prosedurların sadələşdirilməsinə böyük diqqət yetirilir. Prezident İlham Əliyev sahibkarlıq fəaliyyətinin uğurla həyata keçirilməsi üçün tapşırıq və tövsiyələrlə daimi qaydada çıxış edir.

Sənaye parklarının salınması üçün zəruri infrastruktur və idarəetmə qurumları yaradılır, müasir texnologiyalar tətbiq edilir. Məhz bütün bu amillər rəqabətə açıq iqtisadi sistem deməkdir. Rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi dövrün tələbidir. Odur ki, belə məqsədlər üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən sənaye parkları salınır.

Qeyri-neft sektorunun inkişafı Azərbaycanın ən önəm verdiyi məsələdir. İqtisadiyyatın şaxələndirilməsi dayanıqlı iqtisadi inkişafı təmin edəcək. Bu proqramın icrasının özü elə dayanıqlı iqtisadi inkişaf deməkdir. Dövlət başçımızın xüsusi həssaslıqla yanaşdığı məsələlərdən biri ondan ibarətdir ki, Bakı şəhəri və digər böyük şəhərlərimiz qədər regionlar da inkişaf etsin. Proqramın yalnız Bakını deyil, regionları da əhatə etməsi regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək. Bu da iqtisadi səmərəliliyin balanslı artımı deməkdir.

Bölgələrdə sahibkarlara şərait yaradılması baxımından aktuallaşdırılan çağırışlar, verilən tapşırıq və tövsiyələrin təməlində də dayanıqlı iqtisadi inkişaf dayanır. Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal transformasiya layihələrinin həyata keçirilməsi regional inteqrasiyanın güclənməsinə və innovativ həllərin tətbiqinə şərait yaradır. Orta Dəhliz Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına daha sağlam əsaslarla çıxışı deməkdir. Orta Dəhliz üzrə e-logistika, yəni gömrük və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması diqqət mərkəzindədir.

Musa BAĞIRLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri