Icma.az
close
up
RU
İqtisadi islahatlar və sosial cəmiyyətin dayanıqlı inkişafı

İqtisadi islahatlar və sosial cəmiyyətin dayanıqlı inkişafı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində ötən il iqtisadiyyatın neftdən asılılığı minimuma endirilib və sahibkarlığın inkişafını şərtləndirən rəqabətqabiliyyətli milli iqtisadiyyatda yeni mərhələnin əsası qoyulub. 

Biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsi, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi kimi məsələlər də diqqətdə saxlanılıb. Bütün bunların nəticəsində hesabat dövründə iqtisadi sektorda yüksək göstəricilər əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər istehsalı 0,3 faiz, qeyri neft-qaz sektorunda isə 6,2 faiz yüksəlib.
Əlavə dəyərin 35,9 faizi sənaye, 10,7 faizi ticarət, 7 faizi nəqliyyat, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə, 19,9 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizi qədər olub. 
Son illər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayedə yeni istehsal müəssisələrinin yaradılması, bu sahədə infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra olunur, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlər sənaye sahəsində ümumi istehsalın artmasına səbəb olmaqla yanşı, qeyri-neft sektorunun inkişafına da mühüm töhfələr verir. 
Bu baxımdan 2024-cü il də ölkə sənayesi üçün dinamik inkişaf dövrü kimi xarakterizə oluna bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən hesabat ilində 64,1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft–qaz sektorunda məhsul istehsalı 0,5 faiz, qeyri– neft–qaz sektorunda isə 7,3 faiz çoxalıb. Sənaye məhsulunun 64,3 faizi mədənçıxarma, 29,8 faizi emal, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. 
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2025-ci il vəziyyətinə 746 milyon manatlıq hazır məhsul olub. 
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatıb. 2024-cü ildə qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 277 min ton və ya 2023-cü ilə nisbətən 0,9 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 839 min ton (0,7 faiz çox) tərəvəz, 1 milyon 318 min ton (4,5 faiz çox) meyvə və giləmeyvə, 490,6 min ton (11,9 faiz çox) bostan məhsulları, 307 min ton (11,1 faiz çox) pambıq, 289,1 min ton (31,5 faiz çox) şəkər çuğunduru, 31,2 min ton (6,6 faiz çox) günəbaxan, 6,5 min ton (2,2 faiz çox) tütün yığılıb. 
2024-cü ildə diri çəkidə 659 min ton ət, 2 milyon 298 min ton süd, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,6 faiz, yumurta istehsalı 5,1 faiz çoxalıb. 2023-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,7 faiz, bitkiçilik məhsulları istehsalı 1,1 faiz artıb. 
Ölkəmizin qeyri – neft ixracı ötən il 2023-cü illə müqayisədə 0,3 faiz artaraq 3,4 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsullarının ixracı 11,3 faiz artaraq 1,03 milyard dollara bərabər olub.
Keçən il ərzində ixrac olunan məhsullardan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 62,4 faiz artaraq 38,5 milyon dollar, pambıq lifi 45,2 faiz artaraq 178,2 milyon dollar, bitki mənşəli yağlar və piylər 32,8 faiz artaraq 28,9 milyon dollar, qiymətli metallar 29,2 faiz artaraq 215,3 milyon dollar və kimya sənayesi məhsulları 18,3 faiz artaraq 293,7 milyon dollar təşkil edib.
Hesabat ilində aqrar məhsulların ixracı 2,8 faiz artaraq 789,4 milyon dollara, aqrar –sənaye məhsullarının ixracı isə 57,3 faiz artaraq 316,1 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar–sənaye məhsullarının birgə ixracı 14,1faiz artaraq 1,11 milyard dollar olub.
Hesabat dövrü ərzində aqrar məhsullar 4,4 faiz (701,7 milyon dollar), aqrar-sənaye məhsulları 58,3 faiz (287,3 milyon dollar) çoxalıb. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz artaraq 988,9 milyon dollar təşkil edib. Bu sahədə ən yüksək gəlir pambıq mahlıcı ixracından əldə olunub. Belə ki, son bir ildə bu növ məhsulun ixrac dəyəri 63,3 faiz artaraq 160,4 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla hesabat dövründə xarici ticarət dövriyyəsi 42 milyard 814 milyon dollar, o cümlədən ixracın dəyəri 24 milyard 42 milyon dollar, idxalın dəyəri 18 milyard 772 milyon dollar təşkil edib, nəticədə 5 milyard 270,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2023-cü ilin yanvar–noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,1 faiz artıb, real ifadədə 3,1 faiz, o cümlədən ixrac 5,4 faiz azalıb, idxal isə 0,6 faiz artıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 87,1 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Almaniya, Avstraliya, Çexiya, Hindistan, Xorvatiya, İsrail, Gürcüstan, Bolqarıstan, Portuqaliya, Birləşmiş Krallıq, İran, Yunanıstan, Rumıniya, Belarus, İsveçrə, Qazaxıstan və Ukrayna ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18 faizi Çinin, 17,6 faizi Rusiyanın, 11,2 faizi Türkiyənin, 7,3 faizi ABŞ-nin, 6,4 faizi Avstraliyanın, 4 faizi Almaniyanın, 3 faizi İranın, 2,5 faizi İtaliyanın, 2,2 faizi Belarusun, 2 faizi Yaponiyanın, 1,9 faizi Koreyanın, 1,6 faizi Qazaxıstanın, 1,5 faizi Türkmənistanın, 1,4 faizi Ukraynanın, 1,3 faizi Birləşmiş Krallığın, 1,2 faizi İsveçrənin, hər biri 1,1 faiz olmaqla Fransa və Hindistanın, 1 faizi Özbəkistanın, hər biri 0,9 faiz olmaqla Braziliya və Kanadanın, 11,9 faizi isə digər ölkələrin payına düşüb.
İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 996,8 manat təşkil edib. 
2024-cü ildə əhalinin gəlirləri nominal ifadədə 2023-cü illə müqayisədə 6,4 faiz artaraq 83,1 milyard manat olmuşdur. Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2024-cü ildə dövlət büdcəsinə 37164,2 milyon manat vəsait daxil olub, büdcədən 37719,7 milyon manat vəsait xərclənib, büdcənin icrasında 555,5 milyon manatlıq kəsir yaranıb.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see147

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see145

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see138

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see135

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see118

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see115

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see114

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see108

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see108

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri