Dayısı qızları ilə məktəbə belə gedib gəlir Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Göyçayda 12 yaşlı oğlan xüsusi olaraq hazırlanmış velosipedlə hər gün dayısı qızları olan əkiz bacıları məktəbə aparıb-gətirir.
“Qafqazinfo” Xəzər TV-yə istinadən xəbər verir ki, 4 uşağın yerləşə bildiyi bu qeyri-adi velosiped isə hər kəsin diqqətini çəkir.
12 yaşlı Həsən dayısı qızlarının təhsilə olan marağına görə velosipedi xüsusi olaraq düzəltdiklərini deyir. O, Aysu və Cansunun daha yaxşı təhsil almalarını istəyir.
Dayısının sözlərinə görə, bu velosiped adi nəqliyyat vasitələrinə heç də bənzəmir. 4 təkəri, iki sükanı və iki pedalı olan bu xüsusi velosiped eyni anda bir neçə uşağın rahat hərəkət etməsinə imkan verir. Təxminən dörd uşağın yerləşə bildiyi velosiped artıq məhəllə sakinləri üçün də maraq obyektinə çevrilib.
Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbindən bildiriblər ki, 3A sinif şagirdləri Məmmədova Aysu və Cansu bacıları dərslərdə fəal iştirak edən, çalışqan və nümunəvi şagirdlərdir. Onlar təhsildə yüksək nəticələri ilə seçilir, sinif əlaçıları sırasında yer alırlar. Həmçinin nümunəvi davranışları ilə fərqlənirlər.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Sentyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















