Icma.az
close
up
RU
Dayısını faşistlər öldürmüş şagirdin hekayəti

Dayısını faşistlər öldürmüş şagirdin hekayəti

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1969-cu ilin iyun ayı idi. Orta məktəbdə buraxılış imtahanları verirdik. Növbəti imtahan xarici dil fənnindən idi. Biz o illərin tədris proqramına uyğun olaraq, xarici dil kimi alman dilini öyrənirdik. Xarici dillər 5-ci sinifdən başlayaraq tədris edilirdi. Məktəbimiz paytaxtın mikrorayonlarının birində yerləşirdi. Aramızda ucqar dağ kəndindən ailəsi ilə şəhərə köçüb gəlmiş bir oğlan da var idi. O, sinfimizdəki uşaqlarla rahatca qaynayıb-qarışdı.

Həmin oğlan çətin fənlərdən sayılan riyaziyyat, fizika, kimyadan yaxşı qiymətlər alırdı. Di gəl ki, alman dili fənninə qətiyyən maraq göstərmir, müəllimə qulaq asmaq belə istəmirdi.

Nəhayət, X sinfə çatdıq və digər fənlər kimi, alman dilindən də dövlət imtahanı verməli olduq. Həmin oğlan isə müəllimin qarşısında susub cavab vermirdi. Araya gərginlik çökmüşdü.

İmtahan komissiyasının sədri olan məktəb direktorumuz onu danlayıb soruşdu:

– A bala, görürəm, o biri fənlərdən qiymətlərin yaxşıdır. Bəs niyə bu imtahana hazırlaşmamısan?

Sinif yoldaşımız gözlənilmədən hönkürdü. Bunu əvvəlcə onun suallara cavab verə bilməməsinə yozduq. Oğlan isə handan-hana hönkürtüsünü boğub hıçqıra-hıçqıra dilləndi:

– Müəllim, anam deyir ki, almanlar dayını müharibədə öldürüblər. Mənə də tapşırıb ki, düşmənin dilini öyrənmək gərək deyil...

İmtahan otağına sükut çökmüşdü. Biz uşaqlar bir yana, elə müəllimlər də kövrəlmişdilər.

Sükutu direktor pozdu:

– Oğlum, dayını öldürənlər faşistlər olub. Almanların hamısı faşist deyil. Bir də gərək düşmənin dilini daha yaxşı biləsən.

Direktor sonra alman xalqının bəşəriyyətə bəxş etdiyi bir çox dahilərin adlarını sadaladı.

O gündən yarım əsrdən çox vaxt keçib. Amma həmin hadisəni bu günə qədər də unuda bilməmişəm. O ki qaldı indiki uşaqların dayılarını öldürən erməni faşistlərinə, gərək onların vəhşiliklərini bütün dillərdə dünyaya çatdıraq. Bunun üçünsə uşaqlarımız xarici dilləri yaxşı öyrənməlidirlər.

Aydın TAĞIYEV,
yazıçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri