Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Yenidən məhkəmədə üz üzə gələcəklər

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Pula görə dayısını bıçaqladı

Pula görə dayısını bıçaqladı

Icma.az, Bakupost saytına istinadən bildirir.


Ali Məhkəmədə Lənkəranda dayısını bıçaqlamaqda təqsirləndirilən Ramin Təhməzovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakupost.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 7 fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Mamusta kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1989-cu il təvəllüdlü Ramin Təhməzov aralarından yaranmış münaqişə zəminində dayısı, 73 yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Ramin Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı Ramin Təhməzov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşayırdı. Zərərçəkmiş İltifat Rufiyev onun dayısıdır. Əvvəllər dayısı və onun övladları ilə münasibətləri yaxşı olub. Ramin Təhməzovun sözlərinə görə, 1990-cı illərdə, uşaq yaşlarında olarkən, dayısı oğlu Anar onun fərdi sahibkarlıqla məşğul olmaq üçün atasından külli miqdarda pul borc olaraq alıb. Atası isə 1994-cü ildə yol-nəqliyyat hadisəsində vəfat edib. Lakin dayısı oğlu atasının yas mərasiminə gəlməyib. Eyni zamanda atasından aldığı pulu da qaytarmaqdan imtina edib. Sonra isə Anar anasından borc qismində 5000 ABŞ dolları pul istəyib. Anası isə onlarla qonşuluqda yaşayan Nicatdan sələmə 5000 ABŞ dolları pul alaraq Anara verib. Anar həmin pulla fərdi sahibkar kimi iş görməli olduğu halda xərcləyib. Anası dəfələrlə qardaşı İltifatdan və onun oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu qaytarmayıblar. Anası 31 mart 1999-cu ildə Bakı şəhərində yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. Həmin vaxtlar uşaq olduğuna görə anasına qarşı dayısı zərərçəkmiş şəxs və onun oğlu Anar Rufiyevin etdiyi hərəkətlərlə bağlı hər hansı tədbir görə bilməyib. Anasının da ölümündən sonra o və üç bacısı Lənkəran rayonu Mamusta kəndində yaşayan əmisi evinə köçüblər. Əmisi onları himayə edərək böyüdüb. Bakı şəhərində olan evləri əmisi tərəfindən satılaraq anasının sələmə götürdüyü pul ödənilib. O qeyd edib ki, Anar 2023-cü ilin yanvar ayının sonlarında Rusiyaya gedib. Bundan sonra dayısı İltifatla görüşməyə çalışıb. Lakin İltifat ondan yayınmağa davam edib. 7 fevral 2023-cü il tarixdə, saat 09:30-da dayısı İltifatın kənddə həmkəndliləri Gülməmmədin "Mercedes" markalı avtomobilində oturduğunu görüb və kənarda durub onu izləyib. Dayısı saat 10:30-da həmin avtomobildən düşüb və yaxınlıqdakı marketə daxil olub, bir qədər sonra isə oradan çıxaraq evi istiqamətdə getməyə başlayıb. Bu zaman Ramin ona yaxınlaşaraq çağırıb. Dayısına yaxınlaşaraq birlikdə gediblər. Ramin uşaq bağçasının yaxınlığına çatdıqda İltifatdan anasından aldıqları pulu qaytarmalarını tələb edib və vəziyyətinin ağır olduğunu bildirib. Lakin İltifat özünün və oğlu Anarın ona borcu olmadığını söyləyib. Dayısı İltifatın haqsız danışdığını gördükdə əsəbiləşib və özündə olan bıçaqla onu vuraraq qisas almaq qərarına gəlib. Lakin dediyinə görə, dayısını öldürmək məqsədi olmayıb. Saat 11 radələrində İltifat dönüb ondan aralaşmaq istədikdə sağ dirsəyi ilə onun üz nahiyəsinə bir zərbə vurub. İltifat zərbənin təsirindən üzü üstə yerə yıxılıb. Əynindəki gödəkçənin sol yan cibində olan mətbəx bıçağını çıxarıb dayısının başının arxa nahiyəsinə ardıcıl olaraq iki zərbə endirib. Lakin bıçaq sümüyə dəydiyi üçün daxilə nüfuz etməyib. Sonra isə əsəbi olduğundan İltifatı bıçaqla bir-neçə dəfə də vurub. Bundan sonra İltifatın hərəkətsiz vəziyyətdə qaldığını görərək oradan uzaqlaşıb, dərhal DİN-in "102" xidmətinə zəng edərək törətdiyi cinayət barədə məlumat verib və yol uzaq olduğundan özü rayon polis şöbəsinə gedə bilmədiyindən polis işçilərinin gəlib onu aparmalarını gözləyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Təhməzov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilib. Ramin Təhməzovun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və cəzası 3 il 6 aya endirilib, cəzasının ümumi rejimli müəssisədə çəkməsi müəyyən edilib. Bu qərardan narazı qalan dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmənin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunub və Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. İşin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyun 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1452

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see722

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see510

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see496

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see485

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see458

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see421

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see413

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see357

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see335

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see307

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see306

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see297

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see295

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see282

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see282

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see282

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see280

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see268
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri