DÇ də 1/4 final cütləri bəlli oldu Nəhənglərin qarşılaşmaları başlayır
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünya Çempionatında 1/8 final mərhələsinə yekun vurulub və turnirin 1/4 final cütləri müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, dünya çempionluğu uğrunda mübarizəni səkkiz komanda davam etdirəcək.
1/4 final cütləri
Fransa – Mərakeş (9 iyul, Boston)
İspaniya – Belçika (10 iyul, Los-Anceles)
Norveç – İngiltərə (11 iyul, Mayami)
Argentina – İsveçrə (11 iyul, Kanzas Siti)
Fransa ilə Mərakeş 2022-ci il Dünya Çempionatının yarımfinalından sonra yenidən üz-üzə gələcək. Həmin görüşdə Fransa 2:0 hesablı qələbə qazanmışdı. Mərakeş isə bu dəfə həm revanş almaq, həm də tarix yazmaq istəyir.
İspaniya ilə Belçika DÇ-də üçüncü dəfə qarşılaşacaq. 1986-cı ildə Belçika penaltilər seriyasında qalib gəlmiş, 1990-cı ildə isə İspaniya rəqibindən revanş almışdı. İspanlar 1/8 finalda Portuqaliyanı, belçikalılar isə ev sahibi ABŞ-ni mübarizədən kənarlaşdıraraq 1/4 finala yüksəliblər.
Norveç və İngiltərə DÇ tarixində ilk dəfə qarşılaşacaq. Turnirin sürpriz komandalarından olan Norveç əvvəlcə Fil Dişi Sahilini, ardından isə Braziliyanı məğlub edib. İngiltərə isə Konqo və Meksika üzərində qələbələrlə növbəti mərhələyə yüksəlib.
Argentina ilə İsveçrə DÇ-də üçüncü dəfə üz-üzə gələcək. Argentinalılar əvvəlki iki qarşılaşmanın hər ikisində qalib gəlib. Lionel Messinin kapitanı olduğu son dünya çempionu ardıcıl ikinci titul uğrunda mübarizəsini davam etdirir.
Turnirdə mübarizəni davam etdirən səkkiz komandadan altısı Avropanı, biri Cənubi Amerikanı, biri isə Afrikanı təmsil edir. Dörddəbir finalda dünya çempionu olmuş Fransa, İspaniya, İngiltərə və Argentina tarixində ilk dəfə dünya kubokunu qazanmağa çalışan Mərakeş, Belçika, Norveç və İsveçrə ilə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın mübarizəni dayandırmasından sonra DÇ-nin qalan bütün oyunları ABŞ-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 08 İyul 2026 03:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















