DDLA da Uşaqlar Günü münasibətilə şəhid övladları üçün bayram tədbiri keçirilib FOTOLAR
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət Dəniz və Liman Agentliyi və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları üçün bayram tədbiri təşkil olunub.
"Unikal" xəbər verir ki, çərçivəsində balacalara sevinc bəxş etmək, onların bayramını daha unudulmaz etmək üçün əyləncəli oyunlar keçirilib.
Daha sonra dənizdə dalğalarla mübarizə aparan, ömrünün 33 ilini sevərək bu sahəyə həsr edən uzaq səfərlər kapitanı, Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev onlara dəniz nəqliyyatı sahəsinin ən maraqlı məqamlarından danışıb.
Bayram tədbirində uşaqlar həvəskar kapitanlar üçün keçirilən yarışmada fəal iştirak etdiklərinə görə sertifikatlarla təltif olunublar.
Tədbir çərçivəsində Suraxanı Gəmi-Muzeyinə ekskursiya edən balacalar gəminin idarəetməsi və dənizçilərin həyatı ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
Həmçinin həvəskar kapitanlara özündə dənizçilik sahəsini səciyyələndirən müxtəlif hədiyyələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 02 İyun 2025 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















