De Bleker Neftçi Kəpəz matçındakı epizod haqda: Müdafiəçinin sağlamlığını təhlükə altına atır
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker qurumun mətbuat xidmətinə açıqlama verib.
Sportal.az xəbər verir ki, o, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Neftçi” – “Kəpəz” görüşündəki mübahisəli epizodu şərh edib.
Mütəxəssis bildirib ki, hakimin qərarı doğrudur: “Neftçi”nin hücumu zamanı bu komandanın 9 nömrəli futbolçusu Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur, bu zaman “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir.
Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi".
Qeyd edək ki, bu matçda "Neftçi" "Kəpəz"i 1:0 məğlub edib.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















