Icma.az
close
up
RU
De Bruyne niyə “Siti”dən ayrılır?

De Bruyne niyə “Siti”dən ayrılır?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Artıq xəbər verdiyimiz kimi, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne cari mövsüm bitəndən sonra klubdan gedəcəyini elan edib.

“Etihad”da 10-cu mövsümünü keçirən belçikalı bu müddətdə əsl əfsanəyə çevrilib. “Şəhərlilər”in baş məşqçisi Pep Qvardiola da Kevinin qərarına münasibət bildirib.
De Bruynenin qərarı
Kevin mövsüm bitincə “Siti”dən ayrılmaq qərarını sosial şəbəkədə elan edib. Yayda azad agentə çevriləcək ulduz istənilən komandaya qoşula bilir. Belçikalının dediyinə görə, Mançesterdə keçirdiyi dövrü yüksək qiymətləndirir:

“Birbaşa mətləbə keçirəm: qarşıdakı aylar mənim üçün “Mançester Siti”nin oyunçusu kimi son aylar olacaq. Bunu yazmaq asan deyil, ancaq hər birimiz anlayırıq ki, bu gün geç-tez gələcəkdi. Həmin an yetişib və siz bu xəbəri məndən eşitməyi haqq edirsiz. Futbol məni sizin yanınıza gətirdi. Mən arzumun ardınca qaçdım, bu dövrün həyatımı dəyişəcəyini bilmədən. Bu şəhər və klub mənə hər şey verib. Sizin xoşunuza gəlir, ya yox – vidalaşmaq vaxtı gəldi. Bu yer ailəm üçün çox şey deməkdi. Mançester uşaqlarımın pasportunda və ən əsası hər birimizin qəlbində qalacaq. Bu şəhər həmişə evimiz olacaq. Hər tarixçənin bir sonu var. Ancaq bu fəsil gerçəkdən yaxşı idi. Son anlardan birlikdə ləzzət alaq”.


Pepin fikrincə, Kevin heykəli haqq edir
Klubdan dərhal belçikalının açıqlamasına reaksiya verdilər. Axı Kevin klubun əsl əfsanəsi və indiki heyətin kapitanlarından biridi. MS-nun baş məşqçisi Pep Qvardiola onun klubu digər əfsanələri – Serxio Aquero, David Silva və Vensan Kompani ilə müqayisə edir. Baş məşqçinin fikrincə, belçikalı yarımmüdafiəçi birmənalı şəkildə “Etihad”ın yanında heykəlinin qoyulmasını haqq edib. Qvardiolanın fikirləri:

“Kədərli gündü, ancaq həm də sevincli – ona görə ki, bütün bu müddəti Kevinlə birgə keçirmişik. Klubun son onillikdəki uğurları haqda danışmağa ehtiyac yoxdu – bu uğurları onsuz təsəvvür etmək çətindi. Kədərli gündü, ona görə ki, bir hissəmiz bizi tərk edir. Ancaq irəlidə ən azı 10 oyun var, Kevin haqq etdiyi sevgini və dəstəyi görəcək. Düşünürəm ki, o, nə vaxtsa bu ölkədə, “Mançester Siti”də oynayan ən dahi yarımmüdafiəçilərdən biridi”.


Klub da əfsanənin gedişini münasibət bildirib. “Şəhərlilər”in yaydığı açıqlamada belə deyilir:

“Mançester Siti” bu yay – müqavilə müddəti bitəndən və 10 illik işbirliyindən sonra Kevin De Bruyne ilə emosional şəkildə vidalaşacaq. Komandanın və azarkeşlərin Kevinə hörmətini göstərmək və premyer-liqada nə vaxtsa çıxış edən ən böyük oyunçulardan biri ilə vidalaşmaq üçün vaxtı var”.


Kevin karyerasını harda davam etdirəcək?
“Daily Mail”in yaydığı xəbərə görə, De Bruynenin növbəti addımı ABŞ və ya Səudiyyə Ərəbistanı klublarından birinə transfer olacaq. Həmin liqalarda onlarla avropalı veteran çıxış edir. 33 yaşlı belçikalının “Siti”dəki son illəri sağlamlıq problemləri ilə zəngin olub, bununla belə, o yenə də komandanın liderlərindən biridi.
Klubda olduğu 10 il ərzində bütün turnirlərdə 413 oyuna çıxıb, 16 mükafat qazanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Aprel 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri