De la Fuente Yamalla bağlı qərarı açıqladı: “Qiymətləndirməliyik”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə oyun öncəsi Lamin Yamalın durumuna toxunub.
İdman.Biz xəbər verir ki, çalışdırıcı gənc futbolçunun növbəti qarşılaşmada meydanda ola biləcəyini, lakin yekun qərarın onun fiziki vəziyyətinə əsasən veriləcəyini bildirib.
“Lamin Yamalın Səudiyyə Ərəbistanı ilə növbəti matçdakı vəziyyətini qiymətləndirməliyik”, - deyə De la Fuente bildirib.
Jurnalistlərin “O, təxminən 45 dəqiqə oynaya bilərmi?” sualına baş məşqçi belə cavab verib:
“Böyük ehtimalla, buna bənzər bir şey”.
İspaniya mətbuatının məlumatına görə, Yamalın start heyətində meydana çıxmaq ehtimalı artır. Bununla belə, məşqçilər korpusu onun sağlamlığı ilə bağlı riskə getmək istəmir.
Qeyd edək ki, İspaniya DÇ-2026-nın ilk turunda Kabo-Verde ilə qolsuz heç-heçə edib. Lamin Yamal həmin görüşdə sonradan meydana daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 İyun 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















