Icma.az
close
up
RU
Dəbdəbəli həyat, malikanələr və həbsxana Mayk Tayson bütün pullarını necə xərclədi?

Dəbdəbəli həyat, malikanələr və həbsxana Mayk Tayson bütün pullarını necə xərclədi?

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

58 yaşlı əfsanəvi boksçu Mayk Tayson ötən ilin noyabrında Ceyk Polla rinqə çıxıb. Bu döyüş ona külli miqdarda pul qazandırsa da, milyonlarla dollar Taysonun bank hesabında uzun müddət qalmadı. İddialara görə, o, qazandığı pulu yeni evə xərcləyib.

"Unikal" "Sportnieuws" istinadən xəbər verir ki,  əfsanəvi boksçunun bu oyundan 20 milyon dollar qazanıb. Bununla belə, onun qazandığı böyük məbləğin böyük hissəsini bir neçə ay ərzində xərcləyib. 

Belə ki, Mayk Tayson Florida ştatının "Delray Beach"də lüks villa alıb. Sahəsi 1140 kvadratmetr olan bu evdə altı yataq otağı və doqquz vanna otağı var. Bundan əlavə,  malikanədə üzgüçülük hovuzu, qapalı terras, şəlalə kimi şəraitdə var. Evin digər diqqətəlayiq xüsusiyyətlərinə idman zalı və dörd maşınlıq qaraj daxildir.

Mülkiyyətin 13 milyon dollara başa gəldiyi iddia edilir. 

Mayk Tayson boks dünyasında "Dəmir Mayk" kimi tanınan əfsanəvi addır. Sürətli nokautları ilə tanınan Tayson, karyerasında 400 milyon dollar qazandığı bildirilsə də, bütün var-dövlətini itirmiş bir fiqurdur. Bir vaxtlar bankda 300 milyon dolları olan Taysonun dəbdəbəli avtomobilləri, geniş dost çevrəsi, bağçasında gəzən Sibir pələngləri və 21 otaqlı nəhəng malikanəsi var idi. Lakin bu sərvət Taysonun həyatında qısa ömür sürüb. 

Tayson Nyu-Yorkun Brownsville şəhərində kasıb ailədə dünyaya göz açıb. 22 yaşı tamam olmamış Mayk dünyanın ən qorxulu boksçusu kimi tanınırdı. Bununla belə, onun şöhrət və var-dövlətlə gələn vəzifələrin öhdəsindən gəlmək təcrübəsi yox idi. Tayson sərvətini idarə etməkdə çətinlik çəkirdi və onun xərcləri onu tez bir zamanda iflasa apardı.

1990-cı ildə Baster Duqlasa çempionluğunu itirən Taysonun həyatı dəyişib. Tezliklə o, ABŞ Gözəllik Kraliçası Dezir Vaşinqtonu zorlamaqda günahlandırılıb və 6 il həbs cəzasına məhkum edilib. 1995-ci ildə azadlığa çıxan Taysonun bankda hələ də 300 milyon dolları var idi. Lakin onun azadlığa çıxdıqdan sonra ilk 33 aydakı xərcləri heyrətləndirici idi:

 - 4,5 milyon dollar avtomobil və motosiklet (onlardan 19-u dostlara hədiyyə edilib)
- Ayda 100.000 dollar zinət əşyaları və geyimlər
- Sibir pələngləri və göyərçinləri üçün 400.000 dollar
- Zoopark işçisi üçün ildə 125.000 dollar
- Gündəlik xərclər üçün ayda 240.000 dollar,
- telefonlar 200 min dollar. 

"Tayson tez-tez maşınlarını dostlarına borc verirdi və onların harada olduğunu unudurdu. Onun əməkdaşları daim itirilmiş avtomobilləri tapmağa çalışırdılar. Bütün bu xərclər təkcə Taysonun çılğın həyat tərzini deyil, həm də ətrafındakıların ondan qazanc əldə etməyə çalışdıqlarını göstərir.   2007-ci ildə iflasa uğrayan Tayson son matçı ilə yenidən milyonların sahibi olub", - KİV yazıb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 Fevral 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri