“Dəcəllik etsən, özümə başqa uşaq alacağam”...
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İnsan beyni 5 duyğu üzvünün köməyi ilə qəbul etdiyi bütün informasiyaları toplayır, sonra da topladığı bu informasiyaları qabiliyyət, maraq və təcrübə kimi amillərin təsiri ilə fəaliyyətə çevirir. Bütün bunları nəzərə alaraq, eyni şeyi uşaqlar üçün də demək olar. Belə ki, uşaqlarda kənardan qəbul edilən informasiyaların toplanması böyüklərlə müqayisədə daha çox baş verir. Uşağa mütəmadi olaraq dəcəl demək və ya uşağı ətrafdakılara dəcəl kimi təqdim etmək də bu baxımdan təhlükəlidir. Ona görə də, hər şeydən əvvəl dəcəlliyin mənbəyini müəyyən edin və lazım gəlsə, bir mütəxəssisdən kömək alın.
Digər tərəfdən, işə uşağınızdakı mənfi hərəkətləri yox, müsbət hərəkətləri görməklə başlayın. Müsbət hərəkətləri mütləq mükafatlandırın, mənfi hərəkətləri isə uyğun bir dillə ifadə edin. Həmçinin, belə uşaqlara qarşı “Dəcəllik etsən, səni heç vaxt sevməyəcəyəm”, “Dəcəllik etsən, özümə başqa uşaq alacağam”... kimi sözlərə yol veməyin. Ətrafınızdakıların da uşağınıza dəcəl uşaq kimi baxmasının qarşısını alın. Və ən əsası uşağınıza artıq enerjidən xilas olmaq üçün imkan (ya da imkanlar) verin.
Aygün Vəliyeva
Bu mövzuda digər xəbərlər:Dəcəllik edib müəllim önündə oturan “şagirdlər”...
19 Avqust 2025 22:33
Uşağın sualı niyə bəzən dəcəllik kimi görünür? KÖŞƏ
08 Oktyabr 2026 10:12
Üzümü özümə tuturam!
31 Dekabr 2024 13:18
Özümə acığım tutdu
21 Yanvar 2025 10:59
Hərdən özümə ölüm arzulayıram
27 May 2025 04:46
Baxış sayı:143
Bu xəbər 27 İyun 2026 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















