Arşavin Barselona nı Real Madrid dən üstün tutmasının səbəbini açıqlayıb
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Ötən gün baş tutan "Sabah"-"Barselona" matçını izləmək üçün Bakıya gələn rusiyalı keçmiş futbolçu Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o "Barselona"nın özünəməxsus oyun üslubuna və fəlsəfəsinə malik olduğunu bildirib.
"Barselonanı niyə bəyənirəm? İlk növbədə, formalarını daha çox xoşlayıram. Bundan başqa, onların həmişə öz oyun üslubu olub. Mən yaşadığım müddət ərzində, təxminən 30 ildir ki, bu fəlsəfə dəyişməyib. "Real"da isə fəlsəfədən çox, futbolçuların toplusu var", - deyə Arşavin müsahibəsində bildirib.
Qeyd edək ki, Andrey Arşavin futbolçu karyerası ərzində "Zenit", Londonun "Arsenal", Qazaxıstanın "Kayrat" və "Kuban" klublarında çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 26 Noyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















