Dədə Qorqud harada yaşayıb? Professordan açıqlama
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türk xalqlarının “ümumi dədəsi” Dədə Qorqud xəyali personajdır, yoxsa o həqiqətən yaşayıb? Yaşayıbsa harada yaşayıb? Çünki türk xalqlarının hər biri onu özününkü hesab edir, öz dövlətlərinin sərhədləri daxilində yaşamış olduğunu düşünür.
Türkiyəli tarixçi alim, professor Ahmet Taşağıl Dədə Qorqudun ədəbi personaj olmadığını, həqiqətən yaşadığını söyləyərək, onun indiki Qazaxıstan ərazisində ömür sürdüyünü bildirib.
“Oğuz boylarından çıxmış Dədə Qorqud Qazaxıstanda Sır Dərya deyilən vilayətdə Karadağlar bölgəsində yaşayıb. Məzarı Qızıl Ordada yerləşir. Amma Oğuz boylarından çıxdığı üçün Azərbaycan türkləri “Dədə Qorqud” dastanını daha çox qoruyublar. Dastan Azərbaycan türklərindən Anadoluya yayılıb”- deyə o bildirib./lent.az/
Baxış sayı:60
Bu xəbər 05 Dekabr 2024 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















