“Dedilər ki, bu adamın əli hər yerə girir, sənə kömək edəcək”
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İsmayıllı rayon sakininə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, əvvəllər də dələduzluq əməlinə görə məhkum edilmiş 1993-cü il təvəllüdlü Coşqun Rzayev (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, 2022-ci ildə dələduzluğa görə tutulmuş şəxs cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxıb. Lakin o, oxşar əməllərinə davam edib.
Belə ki, paytaxtda tanış olduğu Nazilə adlı qadının həbsdə olan oğlunu azadlığa buraxdıracağını yalandan vəd edərək 45 min manata yaxın pul alıb. Coşqun həmin qadının Rusiya-Ukrayna müharibəsində iştirak edən qardaşını Azərbaycana gətirəcəyinə də inandıraraq 7 min manat əlavə pul alıb.
Qadın dələduzluqla üzləşdiyini görəndən sonra polisə müraciət edib və Coşqun saxlanılıb.
Zərərçəkmiş şəxs bildirib ki, onu Coşqunla Taleh adlı hərbçi tanış edib: “Mənə dedilər ki, bu adamın əli hər yerə girir, sənə kömək edəcək. Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında onunla görüşəndə 2 ofisə daxil oldu, hamı onunla görüşürdü, mən də inandım ki, mötəbər adamdır”.
Coşqun Rzayev ifadəsində dələduzluq əməli törətdiyini etiraf edib. O aldığı pulları geri qaytarmayıb, lakin gələcəkdə qaytara biləcəyini deyib.
Məhkəmənin hökmü ilə 33 yaşlı şəxsə 7 il həbs cəzası verilib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 Sentyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















