Defissiz və çipsiz nömrə almaq istəyənlərə vacib xəbər DYP yalnız bu halda nömrəni dəyişəcək
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Son günlər dövlət qeydiyyat nişanlarındakı defis işarəsi ilə bağlı yayılan məlumatlar müəyyən çaşqınlıq yaradıb. Qeyd edirik ki, defis işarəsinin olması nömrə nişanının etibarlılığına təsir etmir və hazırda istifadə olunan bütün dövlət qeydiyyat nişanları qüvvədədir”. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenanti Rövşən Tağıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, mövcud qaydalara əsasən, nömrə nişanlarının dəyişdirilməsi yalnız zədələnmə, deformasiya və ya oxunmazlıq kimi hallarda mümkündür. Bunun istisnasında təkcə defis işarəsinə görə nömrənin yenisi ilə əvəz edilməsinə ehtiyac yoxdur: “Vətəndaşlardan xahiş olunur ki, yalnız defis işarəsinə görə nömrə dəyişdirmək üçün müraciət etməsinlər.
Sonda bir daha bildiririk ki, dövlət qeydiyyat nişanı hər hansı deformasiyaya məruz qalmayıbsa, onun dəyişdirilməsi həyata keçirilmir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 Noyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















