Icma.az
close
up
RU
Dəfndən birbaşa məhkəməyə: Ölüm şəhadətnaməsi almaq niyə bu qədər çətinləşdirilib?

Dəfndən birbaşa məhkəməyə: Ölüm şəhadətnaməsi almaq niyə bu qədər çətinləşdirilib?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar vətəndaşların üzləşdiyi problemlərdən biri də ölüm haqqında şəhadətnamənin alınması ilə bağlıdır. 

Belə ki, vəfat edən şəxsin yaxınları ölüm şəhadətnaməsini almaq üçün müxtəlif qurumlara və nəhayət məhkəməyə müraciət etməli olurlar. 

Parlamentin növbədənkənar sessiyasının son iclasında çıxış edən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bu məsələyə toxunaraq qeyd edib ki, İmişlidə əksər yaş məclislərində ondan ölüm haqqında şəhadətamənin alınması ilə bağlı kömək istənilir: 

“Prosedurlar qanun çərçivəsində mürəkkəbləşdirilib və tələblər yüksəlib. Amma qəbul etməliyik ki, bizim yas mərasimlərimiz daha çox adət-ənənəyə və mental dəyərlərimizə söykənir. 

Xəstəxanada xəstə kimi qeydiyyatda olmayana, təcili yardım çağırmayana da ölüm kağızı verilmir, təyin olunmuş qısa müddət ərzində dəfn pulu üçün müraciət etməyənə də verilmir və hamısı məhkəməyə yönləndirilir. 

Yaxınını itirmiş ailənin başı minimum 7-10 gün qarışır. Hüquqi prosedurlar yadına belə düşmür. Məhkəməyə getmək üçün də 101 manat ödəniş olmalıdır. Gedir məhkəməyə, məhkəmə də deyir ki, get icra nümayəndəsindən arayış gətir. 

Əvvəl icra nümayəndəsinin arayışı ilə məsələ asanlıqla həllini tapırdı. Əgər məhkəmə icra nümayəndəsinin arayışı ilə iddianı həll edirsə, o zaman bu hüquq icra nümayəndəsindən niyə alınırdı? Məntiqli sualdı, deyilmi?” 

Deputat təklif edib ki, ölüm haqqında şəhadətnamənin verilməsi kimi problemlərin həlli üçün qanun-qaydalarda sadələşdirilmə aparılsın. 

Məsələ ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov “Cebheinfo.az”-a bildirib ki, hazırda bu sahədə problemlər var: 

“Mən özüm də yaxınlarımı itirən zaman bu çətinliklə üzləşmişəm. Ölüm faktının təsdiq edilməsi, ölüm haqqında şəhadətnamənin verilməsi problemi vətəndaşın öz ağrı-acısını yaşadığı dövrdə ortaya çıxır. Əslində bu məsələni daha da asanlaşdırmaq olar. 

Bunun müsbət tərəfi ilə yanaşı, mənfi tərəfi də var. Müsbət tərəfi odur ki, həmin anda ölüm hadisəsi ilə bağlı müəyyən prosedur, sənədləşmə qaydasının olması yaxşıdır. Digər tərəfdən, ölüm halının təsdiq olunması ilə bağlı əmlak məsələləri də var. 

Məsələn, ata vəfat edibsə, övladların artıq varislik məsələsi ortaya çıxır. Bu zaman övladlardan biri ölüm kağızını əldə edir. Ölüm kağızı bir dəfə verilir, ikinci dəfə verilmir. Bu zaman övladlardan biri ilə digər övladlar arasında problem olduğu üçün həmin hüququ addımı atmaq istəyir.
Bu isə mənfi tərəfdir. Mən hüquqşünasam və belə praktika ilə qarşılaşırıq. Bəlkə də ölüm haqqında şəhadətnamənin verilməsinin çətinləşdirilməsi bundan irəli gəlir”. 

Onun sözlərinə görə, ancaq bu prosedur qaydası yüngülləşə və yaxud ASAN xidmətə verilə bilər: 

“Onsuz da vətəndaş vəfat etdikdə yaxınlarına Təcili Tibbi Yardımın və yaxud tibbi müəssisəsinin sənədi verilir. Ölüm kağızının alınması da buna əsasən həyata keçirilir. Əgər ölüm faktı dövlət tərəfindən təsdiq olunursa, şəhadətnamənin verilməsinin 1 ay uzadılmasının mənası yoxdur. 

Yəni ölüm faktının təsdiqi varsa, onun əsasında şəhadətmanə verilməlidir. Burada torpaq, mülkiyyət məsələsi var ki, onu da hansısa formada tənzimləmək olar. Qanunla Təcili Yardım ölüm faktını təsdiq edirsə, məsələnin məhkəmədə həlli absurddur. 

Dövlət möhürü təsdiqləyir ki, bu adam vəfat edib. Digər qurum şəhadətnaməni verməyə bilməz. Çünki vətəndaşın həmin sənədi almaq üçün təqdim etdiyi də dövlət sənədidir”.

 Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Dəfn Ölüm şəhadətnaməsi Fariz Əkbərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri