Icma.az
close
up
RU
Dəhşətli mənzərə: 240 göldən 186 sı quruyub

Dəhşətli mənzərə: 240 göldən 186 sı quruyub

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

 Türkiyə su qıtlığı yaşayan ölkələr sırasına daxil olacaq

İzmir Dokuz Eylül Universitetinin (DEÜ) Hidrogeologiya (yeraltı suyu) üzrə mütəxəssisi professor Celalettin Şimşək 2070-ci ilə qədər temperaturun 4 dərəcə artmasının və quraqlığın daha da güclənməsinin gözlənildiyini bildirib. Şimşək, hazırda 240 göldən 186-sının quruduğuna diqqət çəkərək “Təcili tədbir görülməlidir” deyib.


Quraqlığın bütün dünya üçün böyük problem olduğunu bildirən Şimşək deyib: “Bəzi bölgələrdə həddindən artıq yağıntı, bəzi bölgələrdə isə su azlığı var. Türkiyədə şimal hissələrdə güclü yağıntı, cənub hissələrdə isə quraqlıq mövcuddur. Analizlərə görə 2040-cı ilə qədər orta temperaturun 2 dərəcə, 2070-ci ilə qədər isə 4 dərəcə artması gözlənilir. Bu ən çox Marmara, Ege və Aralıq dənizi bölgələrində hiss olunacaq. Sular çox buxarlanacaq. Açıq səthli su anbarlarında isə su tez tükənəcək. Bu bölgələrdə sıx əhali ilə birlikdə su tələbi də daha yüksəkdir. Bu səbəbdən bəndlər bu tələbi qarşılaya bilmir. Son 3 ildə həddindən artıq istilər oldu. Avropa 2050-ci illərdə gözlənilən temperaturu bu dövrdə yaşadı. Fransızlar 2050-ci illərdəki istilərin gəldiyini və tədbir alınmalı olduğunu paylaşdılar. Ölkəmiz quraqlıqla ciddi mübarizə aparır. Təəssüf ki, 240 göldən 186-sı quruyub. Göllərimiz təzyiq altındadır. Su ehtiyatlarımız azalır. Ölkəmizin ekosistemi təhdid altındadır. Təcili tədbir görülməlidir”.


Su qıtlığına diqqət çəkən Şimşək əlavə edib: 

“2040-cı illərdə su qıtlığı yaşayan ölkələr sırasına daxil olacağıq. Əvvəlcə əlimizdəki su ehtiyatını qorumalıyıq. Bunun üçün tədbirlər görməliyik. "Boz su"’ dediyimiz təmizlənmiş suları ilk növbədə kənd təsərrüfatında istifadə etmək lazımdır. İzmirdə 400-450 milyon kubmetr tullantı suyu dənizə axıdılır. Onu təmizləyib kənd təsərrüfatı suvarmasında istifadə etsək, xüsusilə Gediz hövzəsində yeraltı suyuna olan təzyiqi əhəmiyyətli dərəcədə azalda bilərik. İçməli və istifadə suyumuzu o zaman daha uzun müddət istifadə edə bilərik. Çünki su mənbəyinin 75%-i suvarmaya sərf olunur”.


Yeraltı sularının azalmasına da toxunan Şimşək deyib: 

“Bakırçay, Böyükmenderes, Kiçikmenderes kimi böyük kənd təsərrüfatı sahələri və əhalisi olan hövzələrdə su anbarlarında su azaldığı üçün bütün su ehtiyacı yeraltından çəkilir. Yeraltı suyuna olan təzyiqi azaltmaq üçün bu bölgələrdə təmizlənmiş tullantı sularını suvarmaya verməliyik. Hövzələrdə 400-500 metr dərinliyə qədər qazmalar başlayıb, lakin verim əldə edilmir. Yüzeydə su toplamaq əvəzinə yeraltı bəndlərə yönəlməliyik. Buxarlanma minimum olduğu üçün daha faydalıdır. Süni qidalanmalarla yeraltı suyunun miqdarı artırılmalıdır. Suvarma suyu bəndləri ilə torpağı və nəmi birləşdirmək lazımdır. Torpaqdakı nəm azaldığı zaman, yəni bitki torpaqdan su istədiyi zaman sensorlu sistemlə bəndin qapağı açılacaq. Belə sistemlər mövcuddur. Bitki su istədiyi zaman bənd qapaqları açılır, digər dövrlərdə bağlanır. Beləliklə suyu daha uzun müddət istifadə edə bilərik. İçməli su təmin etdiyimiz akiferləri qorumalıyıq. Bu bölgələrdə qanunsuz quyuların açılmasının qarşısı alınmalıdır. Hüquqi tədbirlər görülməlidir. Su Təhlükəsizliyi Nazirliyi yaradılmalıdır. Su vahid mərkəzdən idarə olunmalı və su ilə bağlı strategiyalar hazırlanmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Sentyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri