Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Oktyabrın 12-nə keçən gecə Masazırda motosikletin iştirakı ilə baş verən ağır yol qəzasında həlak olan 2 gəncin yeni görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, həmin gənclərin paylaşdığı görüntülərdən onların motosikleti təhlükəli və sürətli formada idarə etmələri məlum olur.
Bildirilib ki, onlar daha çox Bakı-Sumqayıt yolunda videolar çəkərək paylaşıblar. Gənclərin qəzaya düşdüyü ərazidən də daha əvvəl video paylaşdığı qeyd edilib.
Qeyd edək ki, oktyabrın 11-i saat 20:40-da “Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu olması müəyyənləşib.
Motosikleti idarə edən A.Məlikovun sürücülük hüququ olmayıb.
Dəhşətli qəza Abşeron rayonu, Duz gölü kənarında Masazır kəndindən Novxanı istiqamətində gedən yolda baş verib. Hər iki gənc hadisə yerində həlak olub.
Faktla bağlı Abşeron RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 Oktyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















