Icma.az
close
up
RU
Dəhşətli soyuqlar gəlir: Bakı qarlı havaya necə hazırlaşıb?

Dəhşətli soyuqlar gəlir: Bakı qarlı havaya necə hazırlaşıb?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Havaların soyuması qurumların iş fəaliyyəti ilə bağlı məsələni də gündəmə gətirib. Belə ki, bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2 dərəcəyədək enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu dəfə qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu, qışın ən uzunmüddətli soyuq dövrü olacaq. Adətən bu cür situasiyalarda aidiyyəti dövlət orqanları qabaqlayıcı tədbirlər görürlər.

Qurumlar soyuq havalara hazırdırmı? Vətəndaşların rahatlığı üçün hansı addımlar atılır?

Globalinfo.az mövzu ilə bağlı bir neçə quruma sorğu ünvanlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Mətbuat Xidmətindən verilən məlumata görə, gözlənilən qarlı havalarla bağlı icra orqanlarına müvafiq tapşırıqlar verilib:

“Onlar gücləndirilmiş iş rejimində çalışacaqlar. Maşın və xüsusi texnikalar hazır vəziyyətə gətirilib, növbəçilik təşkil edilib. Qar yağanda şəhər mərkəzində bir neçə yerdə duz ehtiyatı yaradılacaq. Rayonlarda küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahısı hazırlanıb. Bu işlərə kommunal qurumlarla yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikaları cəlb ediləcək”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, qarın çox yağdığı və buzlaşmanın olduğu yollar nəzarətdə saxlanılır:

“Avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. İşlər aparılsa da, bəzən nasaz, şinləri mövsümə uyğun olmayan və təcrübəsiz sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələrinin hərəkətində problemlərin yaranması mümkündür. Onlar digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda sıxlığın yaranmasına gətirib çıxara və qar təmizləyən texnikaların problemli ərazilərə cəlb olunmasına maneə törədə bilərlər. Bu səbəbdən sürücülərin avtomobillərini qış fəslinə uyğun təchiz etmələri xahiş olunur. Hər hansı problem olarsa, agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) zəng edərək məlumat verə bilərlər”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, qurum hazırda qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması ilə bağlı işini davam etdirir:

“Əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində xətlər intensiv yağışlar zamanı həm yağış, həm də tullantı sularını maneəsiz şəkildə daşıya biləcək. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir. Qış aylarında əsas problemlər sayğaclar və magistral paylayıcı şəbəkələrdə baş verən don vurmalardır. Fərdi yaşayış evləri və həyətyanı sahələrdə sayğacların buna görə sıradan çıxmasının qarşısı alınmalı, zəruri və qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı olmalıdır. Onların isti materialdan örtük və quru ağac yonqaları ilə əhatə olunması yaxşıdır”.

“Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, havaların kəskin dəyişməsinə baxmayaraq təbii qazın qəbulu və pərakəndə satışında heç bir problem yoxdur:

“Baş verə biləcək istənilən fors-major hallara hazırıq”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:254
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri