Icma.az
close
up
RU
Dələduz , oğru adıyla şəkillər paylaşanları bu CƏZALAR gözləyir

Dələduz , oğru adıyla şəkillər paylaşanları bu CƏZALAR gözləyir

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə müxtəlif qruplar açılır. Kimi qohumlarını gəzir, kimi itmiş əşyasını axtarır. Amma ən maraqlısı “dələduzlar” qrupunda toplaşanlardı. Müxtəlif yaş kateqroiyasında, cinsində adamların fotolarını təhqir edərək paylaşırlar. Necə? Məsələn, həmin fotoların üzırinə “dələduz”, “borcu var, qaytarmır”, “oğru”, “yalançı”, “fırıldaqçı” və neçə-neçə etik olmayan ifadələrlə damğalayıb geniş kütlə üçün paylaşırlar.  

Tutaq ki, fotodakı şəxslər həqiqətən də oğrudur, dələduzdur, hətta fırıldaqçıdır, bəs onları bu formada paylaşmaq hüquqi məsuliyyət yaradırmı? Həmin paylaşım edənləri cəza gözləyirmi?

Lent.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, kiməsə “dələduz” demək cinayət məsuliyyətinə səbəb olur:

“Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə (təqsirsizlik prezumpsiyasına) görə, məhkəmənin qərarı olmadan hər hansısa şəxsi cinayətkar adlandırmaq və ya ona başqa aspektlərlə yanaşmaq olmaz.

Şəxsləri etdiyi hərəkətlərə görə şəkillərini “dələduz”, “cinayətkar” və sair başlıqlarla paylaşmaq, fotolarını yaymaq şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır. Şəxsi və ya ailə məlumatlarının toplanması, yığılması və yayılması Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, məsuliyyətə səbəb ola bilər. Maddəyə əsasən, işi törətmiş şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Hərdən də bu kimi səhifələr şantaj məqsədilə də istifadə edilə bilir. Bu zaman şantaj maddəsi ilə də cinayət işi açıla bilər.

Ümumiyyətlə, bilmək lazımdır ki, Azərbaycanda kiməsə “dələduz” demək səlahiyyəti yalnız məhkəmələrə məxsusdur. Məhkəmə hökmü onun dələduz olub, olmadığını müəyyən edə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Mart 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri