Icma.az
close
up
RU
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasını da aldadıb

Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasını da aldadıb

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, Sitat.info-nun məlumatına görə, Şəhid anası bildirir ki, Nəsimi Qədirovun ona 5 min manat borcu var. Borcunu tələb etdiyi üçün N. Qədirov və həyat yoldaşı E. Qədirova tərəfindən təhqir edildiyini deyən Ülviyyə Abbasova bildirib ki, Elnarə Qədirova onu pulunu istədiyinə görə dilənçi adlandırıb: “Get, şəhidinə hörmət elə, dilənçi”.

Şəhid anasının sözlərinə görə, şirkət rəhbəri onunla yanaşı, bir neçə nəfərin, o cümlədən bəzi məşhur simaların da pulunu “atıb”.

Ülviyyə Abbasova aidiyyəti qurumların rəhbər şəxslərinə müraciət edərək kömək istəyib: “Bu adamın arxasında kim dayanır, bilmirəm. Bu gün tutulur, sabah yenə azadlığa çıxır. Heç kim bu adamla bacarmır. Xahiş edirəm, mənə kömək edin, Nəsimidən pulumu alım”.

Bu arada diqqətinizə çatdıraq ki, Nəsimi Qədirov bir neçə dəfə həbsdə olub. Sonuncu dəfə 2026-cı ilin may ayında məhz Ülviyyə Abbasovanı təhqir etdiyi üçün 5 sutka inzibati həbs cəzası alıb.

2011-ci ildə Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə axtarışda olan Nəsimi Qədirov iyunun 22-də yaxalanıb.

Qədirov oxşar əməli bir neçə il sonra da törədib. Bu dəfə ona 12 il həbs cəzası verilsə də, sonradan cəzası yüngülləşdirilib.

Ölkə mediasında yayılan məlumatlarda qeyd edilir ki, Nəsimi Qədirov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham olunub və 12 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan isə cəzası 10 il 6 aya endirilib.

İttiham aktına əsasən, N. Qədirov müxtəlif vədlər verərək Bakı şəhər sakinləri Hafiz Əliyev, Zakir Əsgərov və Çimnaz Həsənovanın pullarını mənimsəyib. O, “Qartal” MMC tikinti şirkətinin rəhbəri Şahin Məmmədovu tenderdə qalib edəcəyinə inandırıb və ondan 90 min manat alıb.

Ümumilikdə, cinayət işində zərərçəkmişlərə dəymiş ziyanın yarım milyondan çox olduğu bildirilir. N. Qədirov şirkət rəhbərlərini aldatmaq üçün xüsusi yerlərdən istifadə edib. O, “Sahil” metrosunun üstündə yerləşən binada aylıq 10 min manat ödəməklə kirayə ofis götürüb və pullu şəxsləri həmin ofisə dəvət edib. N. Qədirov insanlara vəzifədə çalışan tanışlarının olduğunu deyib. Həmin şəxsləri inandırmaqla onların pullarını mənimsəməyi bacarıb.

Həmin zaman məhkəmənin hökmü ilə N. Qədirov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Materialda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Sentyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri