Dələduzluq edən müəllimə cəza verildi
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mingəçevirdə vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vurmaqda təqsirləndirilən 59 yaşlı Rasim Həsənova hökm oxunub.
Bakıvaxtı.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Mingəçevir şəhər 11 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyərkən dələduzluq cinayətləri törətmiş şəxsin məhkəməsi başa çatıb.
Şəki Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda zərər vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirli bilib və 6 il 6 ay həbs cəzası verib.
Məlum olub ki, orta məktəb müəllimi 5 nəfərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək, qeyri-qanuni özəlləşdirmə kimi vədlər verərək onların 214 min manatını ələ keçirib.
Məhkəmə R.Həsənova qarşı irəli sürülmüş mülki iddiaları da təmin edib. Ondan müvafiq olaraq 60 300, 10 120, 37 702, 41 715 manat pulun tutularaq zərərçəkmişlərə ödənilməsinə qərar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 13 Fevral 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















