Icma.az
close
up
RU
Delimitasiya sülhə aparan yoldur

Delimitasiya sülhə aparan yoldur

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi istiqamətində proses yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında sərhədlərin demarkasiyası təkcə texniki məsələ deyil, regionun gələcək siyasi sabitliyinin, iqtisadi inkişafının və uzunmüddətli sülhün açarıdır. Son aylar bu istiqamətdə intensivləşən ikitərəfli danışıqlar, qarşılıqlı diplomatik təmaslar və “Tramp marşrutu” (TRIPP) kimi yeni regional infrastruktur layihəsinin gündəmə gəlməsi regionda yeni reallığın formalaşdığını göstərir. Bu, Ermənistan baş nazirinin müavini və delimitasiya komissiyasının sədri Mger Qriqoryanın parlamentdə keçirilən “Hökumət saatı”ndakı çıxışında da aydın görünür. O bildirib ki, Sünik bölgəsində (Zəngəzur) bəzi sahələrin növbədənkənar delimitasiyası planlaşdırılır və bu addım “Tramp marşrutu” layihəsinin reallaşdırılması üçün vacibdir: “Layihə-smeta işlərinə başlamaq üçün bizə işlək baza lazımdır. Ola bilsin ki, TRIPP layihəsinin inkişafı üçün növbədənkənar delimitasiya sahələri müəyyən edilsin”.

Beləliklə, 8 avqust Vaşinqton Sammitindən sonra Azərbaycan və Ermənistan arasında demarkasiya prosesini davam etdirmək üçün qarşılıqlı stimul yaranıb, müzakirələr konkretləşib. Hazırda infrastrukturun hansı mövqedə olacağı, buna uyğun olaraq hansı sahələrin delimitasiya ediləcəyi və bu yöndə işlərin başlanması üçün hansı bazanın yaradılacağı müzakirə olunur. Növbədənkənar delimitasiya sahələrinin müəyyənləşdirilməsinin “Tramp marşrutu” layihəsinin infrastruktur inkişafına təkan verəcəyi şübhəsizdir. Bu, həm də marşrutun Ermənistan ərazisindən keçən hissəsinin tikintisini sürətləndirəcək. Artıq bununla bağlı müsbət xəbərlər gəlməkdədir. Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında deyib ki, ilin sonuna qədər plan tərtib ediləcək və orada layihənin bütün təfərrüatları təsvir ediləcək: “Bunlar 2026-cı ilin birinci yarısında təsdiqlənəcək. “Tramp marşrutu”nun (TRIPP) tikintisi 2026-cı ilin ikinci yarısında başlanacaq”. Göründüyü kimi, Vaşinqton Sammitindən sonra regionda infrastrukturun qurulması sülhə aparan yolun təminatçısına çevrilir.

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, sərhədin delimitasiyası dövlət ərazisinin müəyyənləşdirilməsi və möhkəmləndirilməsinin əsas mərhələlərindən biridir: “Bu, milli və regional təhlükəsizlik, siyasi sabitlik və qonşu dövlətlərin davamlı inkişafına birbaşa təsir göstərir. Ərazi suverenliyini müəyyən edən proses konkret ərazi üzərində suverenliyi təsdiqləyir və bu, gələcək mübahisələri aradan qaldırır. Həmçinin ticarət, miqrasiya, sərhəd rejimi və təbii ehtiyatlardan istifadə kimi sahələrdə hüquqi baza yaradır.

Delimitasiya birbaşa sülh müqaviləsinin yerinə keçməsə də, onun üçün praktik zəmin yaradır. Dəqiq sərhədlər hərbi insidentlərin qarşısını almağa, sərhəd xəttində yerləşən yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməyə və infrastruktur layihələrinin icrasına şərait yaratmağa imkan verir. Şərti sərhəd adlandırdığımız qeyri-müəyyən və ya mübahisəli sərhəd isə gərginliyin əsas mənbəyi olur, ərazi iddiaları və silahlı təxribatlara əsas verir.

Əminəm ki, regional təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən proses proqnozlaşdırıla bilən və etibarlı münasibətlər formalaşdıracaq. Eləcə də iki ölkə arasında sərhəd mühafizəsi, terrorizm, qaçaqmalçılıq və qeyri-qanuni miqrasiyaya qarşı əməkdaşlığı gücləndirəcək”.

Politoloqun sözlərinə görə, delimitasiya həm də qarşılıqlı etimadın bərpası deməkdir: “Etimad olmadan sülh müqaviləsi yalnız formal sənəd olaraq qalır. Sərhədlərin dəqiq müəyyənləşdirilməsi, diplomatik və inzibati əməkdaşlığın güclənməsi sülhü reallığa çevirir. Ermənistan və Azərbaycan bu prosesi qarşılıqlı anlayış və praqmatizm çərçivəsində davam etdirərsə, Cənubi Qafqaz uzun illərin gərginliyindən sonra sabitliyin və əməkdaşlığın məkanına çevrilə bilər.

Onu da deyim ki, sülh təkcə sənəd üzərində imzalanmır. O, konkret addımlarla, iqtisadi əlaqələrlə və sərhədlərin aydınlaşdırılması ilə möhkəmlənir. Delimitasiya və “Tramp marşrutu” bu baxımdan sülhə gedən yolun başlanğıcıdır. Bu yol bəzən mürəkkəb, bəzən dolanbac ola bilər, amma sonunda Cənubi Qafqaz üçün yeni bir reallıq – sabitlik, əməkdaşlıq və rifah dövrü dayanır. Bu proses yalnız gərginliyin və münaqişələrin qarşısını almağa deyil, eyni zamanda, regionun geosiyasi və geoiqtisadi gələcəyinin formalaşmasına, tranzit yolların təhlükəsizliyinin təmin olunmasına, sərmayələrin artmasına və iqtisadi əlaqələrin genişlənməsinə töhfə verir. Sərhədlərin delimitasiyası və “Tramp marşrutu”nun reallaşması istiqamətində atılan addımlar da bu məqsədə xidmət edir. Ən başlıcası, bu proses uzun illər pozulmuş beynəlxalq hüququn və tarixi ədalətin bərpasına xidmət edir. Cənubi Qafqazın gələcəyi üçün əsaslı və davamlı sülh məhz bu prinsiplər üzərində qurulmalıdır”.

* * *

İqtisadiyyat İnstitutunun şöbə müdiri Mahir Zeynalov hesab edir ki, 8 avqust Vaşinqton görüşündə əldə olunan nəticə tezliklə öz müsbət təsirini göstərəcək: “Sərhədlərin müəyyənləşdirilməsi və TRIPP layihəsinin həyata keçirilməsi həm Ermənistan, həm də Azərbaycan üçün ciddi iqtisadi dividendlər yaradır. Məsələn, Hayastan nəqliyyat sistemini bərpa etmək imkanı əldə edir, ölkə iqtisadiyyatı üçün illərlə bağlı qapılar yenidən açılır. Bu, xüsusən də Sünik vilayətinin sosial-iqtisadi canlanmasına təkan verəcək, yerli istehsalın ixrac imkanlarını genişləndirəcək. Yolların, körpülərin və logistika mərkəzlərinin yenilənməsi təkcə yük daşımalarını deyil, həm də investisiya axınını artıracaq.

Bu reallıq bir zamanlar İrəvan üçün mümkünsüz görünürdü. İndi isə sabitlik, normal həyat, gələcək perspektivlər reallığa çevrilir. Artıq bu tendensiya erməni mediasında da öz əksini tapır. Cəmiyyətdə sərhədlərin dəqiqləşdirilməsinin və sülh sazişinin imzalanmasının regionda sabitlik yaradacağına inamı artırır. İnsanlar anlayır ki, sabitlik və qarşılıqlı əməkdaşlıq olmadan davamlı inkişaf mümkün deyil. Bu isə iki dövlət arasında sərhədlərin müəyyənləşməsindən keçir”.

İqtisadçı onu da qeyd etdi ki, Bakı uzun müddətdir regionun əsas logistika mərkəzinə çevrilmək xəttini həyata keçirir: “TRIPP layihəsi Azərbaycanın Qafqazda və Mərkəzi Asiyada nəqliyyat qovşağı kimi rolunu daha da möhkəmləndirəcək. Bu, ölkəyə yeni gömrük gəlirləri, investisiya axınları və strateji enerji nəqli marşrutlarına nəzarət imkanları qazandıracaq. Bundan əlavə, layihə region ölkələrinin bir-biri ilə iqtisadi qarşılıqlı əlaqələrini artırmaqla, siyasi sabitliyə xidmət edəcək. Qlobal təcrübə göstərir ki, iqtisadi inteqrasiya və sərhədlərarası layihələr çox zaman gərginliyi azaldır, münaqişələrin yenidən alovlanması riskini aşağı salır. Çünki birgə iqtisadi maraqlar gərginliyi azaldır, əməkdaşlığı isə zərurətə çevirir”.

Beləliklə, bütün bunlar onu göstərir ki, sərhədlərin hüquqi əsaslarla müəyyən olunması yalnız gərginlik və münaqişələrin qarşısını almağa deyil, eyni zamanda, regionun inkişafına xidmət edir. Ən başlıcası isə bu proses pozulmuş beynəlxalq hüququn bərpasına xidmət edir. Sülhün gələcəyi artıq region ölkələrinin öz əlindədir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see522

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see287

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see285

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see275

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see271

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see265

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see254

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see253

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see247

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see245

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see245

2 günə 5 kilo arıqlamaq mümkündür? Dietoloq açıqladı

07 Sentyabr 2026 20:58see237

90 min yox, 180 min manat Kompensasiya ilə bağlı YENİ TƏKLİF

07 Sentyabr 2026 20:21see231

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see230

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see229

Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq

07 Sentyabr 2026 18:40see228

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see209

Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? STATİSTİKA

07 Sentyabr 2026 19:44see208

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see201

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri