Icma.az
close
up
RU
Dəm qazından zəhərlənmə zamanı ilk yardım necə olmalıdır?

Dəm qazından zəhərlənmə zamanı ilk yardım necə olmalıdır?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlərdə dəm qazından zəhərlənmə xəbərlərinə tez-tez rast gəlirik.

Bu, bəzən ölümlə də nəticələnir. Dəm qazından zəhərlənənlər bəzən nə etmək lazım gəldiyini bilmirlər.

Bəs dəm qazından zəhərlənmə zamanı ilk yardım necə olmalıdır?

Kliniki Tibbi Mərkəzin həkim-toksikoloqu Aynur Məmmədova "Cebheinfo.az"-a bildirib ki, duş qəbul edərkən diqqətli olmaq lazımdır:

“Belə ki, dəm qazı zəhərlənməsi ani baş verən bir haldır və insan iki-üç dəqiqə ərzində huşunu itirə bilər. İlkin əlamətlər kimi insanda ürəkbulanma və başağrısı müşayiət olunur. Bu zaman ilkin yardım kimi dərhal hamamdan təmiz havaya çıxmaq lazımdır.Dəm qazından zəhərlənmə yüngül, orta və ağır dərəcələrdə olur. 

Yüngül dərəcəli zəhərlənmədə karbonmonoksit əlamətləri ilə xarakterizə olunur: ümumi zəiflik, baş ağrısı, başgicəllənmə və tinnitus, həmçinin görmə funksiyasının pozulması. Zəhərlənmə quru öskürək, nəfəs darlığı, lakrimasiya, ürəkbulanma və taxikardiya ilə müşayiət olunur.

Orta dərəcədə zəhərlənmə zamanı insanın halı pisləşir, ürəkbulanma hissi qusmaya çevrilir, qısa müddətli şüur itkisi, halüsinasiyalar, sinə içində sıxıcı ağrı hiss olunur.Ağır hallarda isə koma, kəskin ürək-damar və tənəffüs dayanması, qıcolmalar müşahidə olunur. 

Təəssüf ki, bu hallarda xəstəni itirmək mümkündür və ya elə ağır zəhərlənmə baş verir ki, sonradan yaranan fəsadların aradan qaldırılması çətin olur. Xəstə huşunu itirdikdə və çıxmağa halı olmadıqda, onu tez bir zamanda təmiz havaya çıxarmaq və dərhal təcili tibbi yardım çağırmaq həyati əhəmiyyət daşıyır. Xəstə mütləq təmiz havaya çıxarılmalı, qusuntu kütləsi varsa, tənəffüs yollarından xaric edilməlidir. Qısa müddətdə təcili yardıma müraciət olunmalıdır.

Məhz yüngül dərəcədə zəhərlənmədə qanda dəm qazının səviyyəsi təxminən 15 faiz, orta dərəcədə 25 faiz, çox ağır hallarda isə 45 faizdən çox olduqda ölüm halı baş verə bilər”.

O bildirib ki, hər bir halda dəm qazından zəhərlənmə zamanı həkim rəyi alınmalı, sonrakı mərhələdə isə nevropatoloqun nəzarəti altında müalicə davam etdirilməlidir:

“Dəm qazından zəhərlənmə ən çox yaşlı insanlarda, hamilə qadınlarda (hətta dölün itirilməsi riski yarada bilər), şəkər xəstələrində, ürək, beyin, təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərdə, eləcə də uşaqlarda ağır fəsadlara səbəb olur”.

Sevinc
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri