Dembele 20 ildən sonra “Qızıl top”u qazanan ilk qaradərili futbolçu olub
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Fransanın "Paris Sen-Jermen" klubunun hücumçusu Usman Dembele “Qızıl top” mükafatına sahib çıxaraq həm son 24 ildə Fransa komandası adından bu titula layiq görülən ilk futbolçu, həm də son 20 ildə “Qızıl top” qazanan ilk qaradərili oyunçu olub.
İdman.biz xəbər verir ki, bundan əvvəl bu mükafata sonuncu dəfə 2005-ci ildə “Barselona” və Braziliya millisinin üzvü Ronaldinyo sahib olmuşdu. Öz ölkəsini və klubunu eyni vaxtda təmsil edən son futbolçu isə 2001-ci ildə “Liverpul” və İngiltərə millisinin hücumçusu Maykl Ouen idi.
Qeyd edək ki, “Qızıl top” mükafatı 1956-cı ildən təqdim olunur. Bu mükafatı qazanan ilk qaradərili futbolçu isə 1965-ci ildə Portuqaliya millisinin və “Benfika”nın əfsanəsi Eysebiyo olub.
Vüqar Vüqarlı
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 23 Sentyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















