Leyla Əliyeva Euronews telekanalına müsahibə verdi
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews" telekanalına müsahibə verib.
Metbuat.az xəbər verir ki, müsahibədə Azərbaycanın biomüxtəlifliyin itirilməsinə və ekoloji təzyiqlərə cavab olaraq, mühafizə olunan əraziləri genişləndirdiyi və gələcək nəsillər üçün təbiəti qorumaq məqsədilə dəniz mühitinə yönələn təhdidlərə qarşı mübarizə apardığı vurğulanır.
Qeyd edilir ki, IDEA İctimai Birliyi Azərbaycanın ekoloji tədbirlərində getdikcə daha mühüm rol oynayır. Təşkilat milli təsisatlarla birgə həm quruda, həm də Xəzər dənizində biomüxtəlifliyin qorunması istiqamətində fəaliyyət göstərir.
"Mühafizə tədbirlərinə qorunan ərazilərin genişləndirilməsi, Qafqaz zubru kimi nəsli kəsilmək təhlükəsi altında olan növlərin bərpası və Xəzər sahilləri boyunca çirklənməyə qarşı mübarizə daxildir", - deyə materialda bildirilir.
Qeyd olunur ki, ekoloji təzyiqlərin artdığı bir şəraitdə mütəxəssislər müzakirələrdən real və konkret addımlara keçidin vacibliyini vurğulayırlar:
"Vəhşi təbiətin qorunmasından dəniz mühitinin mühafizəsinə qədər təşəbbüslər getdikcə daha çox dayanıqlılığa, əməkdaşlığa və ekosistemləri və təbii ehtiyatları gələcək nəsillər üçün qorumağa yönəlmiş uzunmüddətli həllərə cəmlənir".
Baxış sayı:105
Bu xəbər 26 Dekabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















