ABŞ dakı ən təhlükəli şəxslər: Bir azərbaycanlı, iki erməni...
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkə ərazisində saxlanılan “ən təhlükəli” xarici vətəndaşların yenilənmiş siyahısını açıqlayıb. Siyahıda Azərbaycan Respublikasının vətəndaşı kimi qeyd olunan üç nəfərin adı yer alıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunlar Seymur Əliyev, Tiqran Bedrosyan və Levon Andreasyandır.
Lakin Bedrosyan və Andreasyanın etnik erməni olmaları onların identifikasiyası ilə bağlı suallar doğurur.
Məlumata görə, Seymur Əliyev Kentukki ştatında saxlanılıb və ona qarşı hücum, eləcə də polisə müqavimət göstərmə ittihamları irəli sürülüb. Tiğran Bedrosyan Los-Ancelesdə narkotik maddələrin tətbiqi ilə zorlamada, Levon Andreasyan isə Kaliforniyada hücum, narkotik vasitələrin dövriyyəsi, sərxoş halda avtomobil idarəetmə, oğurluq və sınaq müddətinin dəfələrlə pozulması kimi çoxsaylı cinayətlərə görə həbs edilib.
Siyahı son 11 ayda ABŞ Miqrasiya və Gömrük Xidməti tərəfindən saxlanılan şəxsləri əhatə edir və sərtləşdirilən miqrasiya siyasəti, xüsusilə də təhlükəli xarici vətəndaşların deportasiyasını hədəfləyir. Ekspertlərin fikrincə, Bedrosyan və Andreasyan keçmişdə Azərbaycanda doğulduqları üçün ABŞ-ın informasiya bazalarında Azərbaycan vətəndaşı kimi qeydə alına bilərlər.
Nəticə etibarilə, bu siyahı ABŞ-ın miqrasiya siyasətində cinayət statistikası, vətəndaşlıq və etnik mənsubiyyət məsələlərinin necə üst-üstə düşdüyünü və beynəlxalq rezonansa səbəb olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Dekabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















