Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Demək istədiyinin nə olduğuna əminsənmi? Nadir Yalçın

Demək istədiyinin nə olduğuna əminsənmi? Nadir Yalçın

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsi haqqında Nadir Yalçının “Qar intizarı fikirlərə uduzanda...” adlı yazısını təqdim edir.

Şeirdən baş götürüb uzaqlaşan Ulucay Akifin “Piterə həmişə qar yağır” hekayəsində geniş nəfəs var. Elə hekayəni oxuyub bitirəndən sonra ilk qənaətim bu oldu. Müəllifin təmkini mətndə əsas məsələdi. Oxuduqca onun hər cümlədən sonra nəfəs dərdiyini hiss edirsən. Özü də “Piterə həmişə qar yağır” hekayəsində olduğu kimi, xüsusi hadisə olmayan mətnlərdə nəqletmə arealını geniş götürmək çətindir. Buna ilməli təhkiyə də demək olar. Situasiyaları ilmə-ilmə toxumaq... Budur, daha nə istəyirsiz? Milli literaturamıza yeni söz birləşməsi gətirdim: “ilməli təhkiyə”. Ulucay son hekayəsində ilməli təhkiyəyə üz tutub.


Qışqırıqsız, iddiasız bir hekayədir. Müəllifin çatdırmaq istədiyi mətləb xüsusi bəşəri ideyaları özündə əks etdirmir, gündəlik münasibətlərin fonunda beynimizin küncündə ilişib qalan nəsnələrdən bəhs edir. Bu hekayə hamımızın canındakı ikinci olmaq qorxusunun bədii inikasıdır. Həm qadın, həm də kişi qarşı cinslə münasibətdə qarşısındakının əvvəlini, bundan öncəki halını, həyatını düşünür, bəzən özünü kiminsə yerində hiss etməyin əzabını yaşayır. Ədəbiyyatda da, filmdə də bu mövzu — birinci şəxsi müəyyənləşdirmə sindromu, ikinci olmaq qorxusu dəfələrlə işlənilib. Ulucayın bu hekayəsi bəhs etdiyim tanış hissləri Azərbaycan oxucusuna bir az da bilinən, doğma hisslərlə çatdırır.


Bu mövzu bizim qrafoman, televiziya kanallarındakı seriallara uyğun romanyazanların (oxu! yazıçı yox, romanyazan) qələminə urcah olsaydı, yəqin, tamam başqa mənzərə ilə qarşılaşacağdıq. Məsələ də bu məqamda həll olur. Bir mövzu, ideya başqa ələklərdə başqa cür ələnə bilər, iş odur ki, sən bunu öz ələyinə salıb ələyə bilirsənmi? Demək istədiyinin nə olduğuna əminsənmi? Və ən əsası, demək istədiyini necə, hansı formada deyəcəksən? Bu hekayəni həm də ona görə uğurlu adlandırmaq olar ki, müəllif maraqlı həll tapıb, xoşagələn situatsiya, zaman və yer tapıb.


Bəzi şeylərdən bəhs etməmiş qısa arayış verək: Yeni ili Piterdəki sevgilisinin yanında keçirən gənc azərbaycanlı oğlan sevinclidir. Sveta adlı qız onu evində qonaq edir. Svetanın bacısı və qardaşı da obrazlar arasındadır. Piter küçələrini gəzən cütlük müxtəlif məkanlarda olurlar. Bütün hadisələr yeni il ab-havasının fonunda ifadə olunur. Oğlanın gözü yataq otağındakı bir şəkilə sataşır. Şəkildə Svetanı kimsə qucaqlayıb. Oğlan düşünür ki, bəlkə, atasıdır. Sonra deyir, ata qızını belə qucaqlamaz. Hekayənin sonunda oğlanın Piterə gələndən bəri arzuladığı qar yağır. O bu gerçəkləşən arzusunun reallığından tələm-tələsik ayrılıb Svetaya bu sualı ünvanlayır:
“Şəkildəki kişi kim idi?”


Atmosfer yaratmaq, ilk növbədə, konturları, kordinatları bilinən, düstur kimi dəqiq müşahidələrə əsaslanır. Bayaq dediyim kimi, nəyi yazdığına, nədən yazdığına, necə yazmaq istədiyinə dəqiq əmin olmalısan, nə yazdığını bilməlisən. Bu cəhətdən bəzən uzaq Liviya səhrasındakı hadisələrdən yazan müəlliflərə “həsəd” aparıram. Sən məkanı, zamanı və obyekti tanımalısan. Ulucayın ən böyük avantajı o yerləri addım-addım gəzib müşahidə kamerası ilə lentə almasıdır. Bir az qəribə səslənsə də, deyəcəm, mən hekayədəki gənc azərbaycanlı obrazın Sveta ilə həqiqətən sevişdiyinə şəksiz inandım, halbuki onların uzun-uzadı sevişmək səhnələrinin böyük abzaslarla ifadəsi mətndə öz əksini tapmayıb. İki sevgilinin münasibətləri Piter küçələrində, gəzintisində, dialoqlarında elə dəqiq təsvir edilib ki, oxucu onların necə hərarətlə sevişdiyinə əmin olur. Necə deyərlər, danışma, göstər! Məsələn, müəllif yaza bilərdi ki, Sveta məni sevgidolu baxışlarla süzüb qəribə-qəribə gülümsədi. Yaxud digər sifətlərlə, zərflərlə dolu cümlələr ola bilərdi. Amma bu sifətləri, zərfləri yaradan mətləbləri təsvir etmək, hadisələrin o sifətləri, zərfləri şərtləndirməsini təmin etmək mütləqdir və “Piterə həmişə qar yağır” hekayəsində müəllif bu vacib gedişi etməyi bacarıb.

Yeni il ərəfəsində Piterin ab-havasını təsvir etmək məsələsi müəllifin köməyinə çatıb. Məsələn, hansısa bir bazarertəsinin ab-havasını yaratmaq daha çətindir. Amma burda köməkçi material var, yeni ilin gəlişi və bunun slavyan ölkəsində təsviri.


Hekayədəki daha əlahiddə məsələ isə bu yeni ilə azərbaycanlısayağı yanaşmadır: qarı gözləmək! Məncə, məsələ elə burda həll olub. Gənc azərbaycanlı o yerləri, bayram əhvali-ruhiyyəsini, insanların ovqatını nəql edir, amma paralelində o bu Milad bayramından qar istəyir, bütün söhbətlərinin fonunda bir qar intizarı var.


Sonda iki məqamı qeyd eləmək yerinə düşər. Birincisi, Sveta obrazı ilə bağlıdır. Görünür, müəllif Rusiyanın ab-havasına bələd olsa da, o slavyan qızlarının xarakterinə o qədər də yaxşı bələd deyil. Yaxud bələd olsa belə, Sveta obrazını öz istədiyi qlaflara uyğunlaşdırıb, təbii tablosunu yarada bilməyib. Hekayə boyu Sveta özünü Bakı şəhərində böyümüş Leyla kimi aparır. Şimal soyuğunu, çılğınlığını, sərhədsizliyi, rahatlığını Svetada hiss etmək olmur. Xüsusən, restoranda pivə içərkən baş verən hadisələrdə Svetanın obrazı mənim zənnimdə tamamlanmır. Sveta obrazının üzərində yaxşı işləmək olardı. Belə sakit hekayələr psixoloji məqamlarla oynamaq, bədii tipiklik yaratmaq tələb edir. Situativ məqamlarla psixoloji ştrixlərin balansını qorumaq lazımdır.


İkinci məsələ finaldır... Sonluqda bədii paradoks əhvalı var. Obraz qar arzulayır, qar yağır, amma o yenə beynini qurcalayan sualın dalınca qaçır: şəkildəki kişi kimdi? Yəni, qarı bu qədər arzulayan, hekayə boyu bu barədə oxucuya mesaj verən şəxs belə tez o bəyaz ənginlikdən ayrıla bilərmi? Yox əgər ayrılırsa, onun qar intizarı nə dərəcədə tamamlanır? Tutaq ki, o, səhər oyansaydı, həmin gün də qarın yağmadığını görsəydi, nə olardı? O məşum “Şəkildəki kişi kimdi?” sualına keçid üçün özünə, xanəndələr demiş, ayaq verərdi.


Qar yağdı, arzu çin oldu, amma şəkildə bir kişi var və bu, göz önünə gəlir, sevinci korşaldır. Bu sonluqla müəllifin demək istədiyi məsələ bəllidir: xoşbəxtlik nisbidir, bir andır, nə qədər arzularımız gerçək olsa da, ötən gündəki, aydakı, ildəki hansısa məsələ səni tez ağuşuna alır, ağrılar insan üçün daimidir və s.


Bəs qar yağmasaydı, o qarın bu gün də yağmadığını görüb geriyə – şəkildəki kişinin kimliyinə boylansaydı, necə olardı? O zaman insan övladının darıxdırıcı fikirlərdən azad olması üçün bir işığa, bir xoş hadisəyə, bir yağan qara möhtac olduğu mesajı verilə bilərdi.


“Bilərdi...” O “ər” qeyri-qəti gələcək zaman şəkilçisində dayanmaq lazımdı. Çünki müəllif mətni belə görüb, belə yazıb, daha nə deyək?
Hekayədə keçidlər yaxşıdı. Dialoqlar da yaxşı işlənib. Cümlələr yerində, bir-iki nüansı çıxmaq şərtilə ciddi redaktə səhvləri də görünmür.
Şeirdən baş götürüb uzaqlaşan Ulucay Akifə uğrular arzulayıram. Çünki baş götürüb getdiyi yerdə baş çıxarda bilir.

Ferdi Tayfurun son arzusu nə olub? - Dostu açıqladı “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə yekun vurulub Müğənni 30 sutkalıq həbs edilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:627
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Yanvar 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see591

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see530

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see399

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see311

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see273

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see267

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see264

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see261

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see252

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see244

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see236

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see221

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see212

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see209

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see207

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see202

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see198

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see193

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see192

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri