Demək istəyirlər ki, qəzada Ukraynanın günahı ola bilər
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Təyyarə qəzalarından heç bir ölkə sığortalanmayıb. Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəza enişi etməsiylə bağlı araşdırmalar başlanıb. Qəzayla bağlı müxtəlif məlumatlar yayılıb. Birincisi, hava şəraiti ilə əlaqədar təyyarənin uçuş trayektoriyasını dəyişdirdiyi, Qroznıya eniş edə bilmədiyi yazılıb. Digər xəbər bundan ibarədir ki, təyyarə geri qayıdarkən quş sürüsü ilə üzləşib. Rusiya informasiya kanallarından birində isə təyyarənin Ukrayna dronlarının Qroznı hava sahəsində göründüyünə görə Çeçenistan paytaxtının hava limanına enə bilmədiyi yazılıb. Bu xəbər daha çox Rusiyanın Ukrayna əleyhinə informasiya savaşının tərkib hissəsinə oxşayır. Yəni demək istəyirlər ki, qəzada Ukraynanın günahı ola bilər. Təyyarənin qəzaya uğradığı saatlarda Ukrayna dronlarının Çeçenistandakı hansısa hərbi məntəqəyə zərbə endirməsi barədə məlumat yoxdur. Buna baxmayaraq, Rusiya-Ukrayna müharibəsi, havada uçuşan raketlər və dronlar təyyarə şirkətlərindən ehtiyat tədbirlərini artırmağı diqtə edir.
Elxan Şahinoğlu
Bu mövzuda digər xəbərlər:“Sülh Ukraynanın təslim olması demək deyil”
06 Mart 2025 09:43
Stubb: Ukraynanın təhlükəsizlik zəmanətlərinin hərbi hissəsi demək olar ki, hazırdır
25 Sentyabr 2025 04:24
Rusiya Ukraynanın M1 “Abrams” tank parkını demək olar ki, məhv edib KONKRET
18 İyul 2025 22:01
Ukraynanın NATOya üzv ola bilər? RƏY
26 Noyabr 2024 19:20
“Ukraynanın raket sahəsində Rusiya ilə rəqabət aparacağını demək çox tezdir”
06 Oktyabr 2025 16:38
Baxış sayı:138
Bu xəbər 25 Dekabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















