Dəməşqdə kilsədə terror aktı törədilib, 25 nəfər ölüb, onlarla yaralı var VİDEO YENİLƏNİB
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dəməşqdə yerləşən kilsədə özünü partladan terrorçu-kemikadzenin İŞİD terror təşkilatına mənsub olduğu müəyyən edilib.
APA xəbər verir ki, bu barədə "SANA" agentliyi Suriyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
***
20:44
Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.
APA xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.
Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.
Nəticədə azı 25 nəfər həyatını itirib, onlarla yaralı var.

Dəməşqdə kilsənin partladılması nəticəsində 25 nəfər ölüb
22 İyun 2025 21:48
Pakistan terror aktı törədilib, 28 nəfər ölüb
21 Noyabr 2024 16:56
Dəməşqdə məsciddə izdiham: 3 nəfər ölüb
10 Yanvar 2025 17:22
Almaniyada avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 2 nəfər ölüb, 25 yaralı var YENİLƏNİB
03 Mart 2025 17:12
Dəməşqdə İran səfirliyi qarət edilib VİDEO YENİLƏNİB
08 Dekabr 2024 13:17

