Icma.az
close
up
RU
“Dəmir Qübbə” niyə dəlindi? Bakı da bu sistemə güvənir

“Dəmir Qübbə” niyə dəlindi? Bakı da bu sistemə güvənir

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İllərdir dünyanın ən güclü hava hücumundan müdafiə sistemlərindən biri kimi təqdim edilən İsrailin “Dəmir Qübbə” kompleksi növbəti dəfə real münaqişə şəraitində ciddi sınaqla üzləşdi. İsrailin İrana etdiyi hücuma cavab olaraq rəsmi Tehranın ötən gecədən etibarən ballistik raketlərlə endirdiyi cavab zərbələri fonunda “keçilməz” hesab edilən bu sistem müəyyən boşluqlar verdi.
Qeyd edək ki, rəsmi şəkildə təsdiqlənməsə də, mediada Bakı səmasının da “Dəmir Qübbə” və ya onun analoqları ilə qorunduğu barədə məlumatlar yayılıb.
Bu isə Azərbaycan ictimaiyyətində haqlı olaraq belə bir sual doğurur: “Dəmir Qübbə” niyə zəiflik göstərdi? Texniki nasazlıq, taktiki sürpriz, yoxsa sistemin real imkanları şişirdilib? Əgər İran kimi raket arsenalına malik bir ölkə bu sistemin zəif tərəflərini ortaya çıxara bilirsə, bəs biz öz hava məkanımızın təhlükəsizliyinə nə qədər əmin ola bilərik?
Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bütün silah sistemlərinin üstün cəhətləri olduğu kimi, zəif tərəfləri də var:
“Hava hücumundan müdafiə (HHM) sistemləri hər nə qədər inkişaf etdirilsə də, onlar kütləvi hava hücumları zamanı bütün hədəfləri eyni effektivliklə dəf edə bilmirlər. Dünyada heç bir HHM kompleksi kütləvi hava zərbələrini 100 faiz dəf edə bilmir. Bu, “Dəmir Qübbə” üçün də keçərlidir. Heç “Patriot” və ya “S-300” kompleksləri də belə bir müdafiəyə qadir deyil.
Çünki kütləvi hava hücumu zamanı şəxsi heyətin hansı hədəfə fokuslanacağına dair göstəriş verməsi, eyni zamanda uçan onlarla raketi izləyib aşkarlaması çətin olur. Raketlər yaxın məsafədə uçduğu üçün heyət komandirləri onları atəş qurğuları arasında bölüşdürməkdə çətinlik çəkirlər.
Müasir hava sistemlərində belə bir xüsusiyyət var ki, uçan hədəflərin sürətini və istiqamətini təyin etməklə onların hansı ərazilərə düşəcəyini əvvəlcədən müəyyən edirlər. Buna görə də bilərəkdən atəş açılmır. Çünki raket əleyhinə buraxılan sursatlar kifayət qədər bahalıdır. Uçan raket bir təhdid yaratmırsa, ona qarşı atəş açılmır. İstənilən halda, hər bir müdafiə sisteminin müsbət və mənfi tərəfləri olur”.
Politoloq Zeynal Əmrəliyev isə deyib ki, “Dəmir Qübbə” sisteminin müdafiə tutumu var:
“İran bunu hesablamaq üçün ötən il ard-arda mərhələli şəkildə birdəfəlik raketlərin gücündən istifadə edirdi. Nəticədə İran tərəfi bu tutumu müəyyən edə bildi. İran 4 ildir ki, ballistik raketlərin üzərində işləyirdi. Bu gün İsrailə qarşı həyata keçirilən əməliyyatı koordinasiya edən Xameneinin müşaviri Yəhya Səfəvi məhz bu hazırlıqla rəhbərlik edirdi.
İranda bu plan çoxdan hazır idi, Səfəvi həmin planı illər öncə hazırlamışdı və İran tərəfi dərhal həmin hazır plandan istifadə etdi.
İsrailin İrana zərbələri konkret məqsəd daşıyırdı. Burada əsas hədəf konkret şəxslər və bölgələr idi. Amma İranın zərbələri həm qisas, həm də kütləvi qorxu yaratmaq məqsədi daşıyır. Buna görə də İran haranı gəldi vurur və bu siyasətini davam etdirəcək. Məqsəd təkcə İsrailin hərbi anbarlarının vurulması deyil, məqsəd İsrailin bütün iqtisadi sistemini sıradan çıxarmaqdır. İranın məqsədi İsraili iqtisadi cəhətdən çökdürməkdir. Bu səbəbdən yüksək xərclə tikilmiş iri binaları, mühüm ticarət mərkəzlərini və bazarları hədəf alır.
“Dəmir Qübbə” bəzi hallarda ona görə uğurlu olur ki, o, tutumundan artıq yüklənmir, lazımi həcmdə raket qəbul edib zərərsizləşdirə bilir. Ancaq eyni zamanda çoxlu sayda raketin buraxılması bu sistemin yüklənməsinə səbəb olur və nəticədə onların qarşısını almaqda çətinlik yaranır.
İran ballistik raket sistemlərini çox gücləndirib. Həm hərəkət radiusu artırılıb, həm də zərbə qüvvəsi gücləndirilib. Eyni zamanda İran PUA-lardan kəşfiyyat məqsədilə geniş istifadə edir. Dünən 100 PUA hərəkət trayektoriyasını müəyyən etmək və ən sərfəli marşrutu tapmaq üçün İraq və İordaniya üzərindən İsrailə yönləndirildi. Həmin PUA-lar kəşfiyyat xarakteri daşıyırdı, onların zərbə endirmək məqsədi yox idi. Bu səbəbdən yavaş hərəkət edirdilər. İran həmçinin bu vasitə ilə yol üzərində ABŞ və İsrailə məxsus məntəqələri müəyyənləşdirdi və daha sonra sərfəli marşrut seçərək ballistik raketləri həmin xətlərlə İsrailə göndərdi. İstənilən halda, İranın cavabı nə qədər dağıdıcı olsa da, bu, İsrail üçün yetərli deyil. İsrail İranın nüfuzuna ciddi zərbə vurdu, ali komanda heyətini məhv etdi. Buna görə də İran ya İsrailə adekvat cavab verməli, ya da bu ölkəni təslim olmağa məcbur etməlidir. Ehtimal ki, bu gün ərzində qarşılıqlı hücumlar davam edəcək”.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 İyun 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri