Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Dəmir yumruq Azərbaycançılıq məfkurəsinə duyulan minnətdarlıqdır

Dəmir yumruq Azərbaycançılıq məfkurəsinə duyulan minnətdarlıqdır

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

6.3.9. azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”;

2023-cü il Azərbaycan üçün xüsusi bir tarixi mərhələ idi. Həmin il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkədə və beynəlxalq miqyasda “Heydər Əliyev İli” elan olunmuşdu.

“Heydər Əliyev İli” Azərbaycan dövlətçiliyinin əsas ideoloji sütunlarından biri olan azərbaycançılıq ideyasının daha geniş təbliği üçün mühüm platformaya çevrildi. Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq dünyagörüşü yalnız dövlət siyasətinin istiqamətini müəyyən etmədi, həm də milli kimliyimizin qorunması, multikultural ənənələrin möhkəmləndirilməsi və Azərbaycanın müstəqil, həm də qlobal səhnədə tanınan dövlət kimi inkişafı üçün əsas baza yaratdı.

Azərbaycançılıq ideyası tarixi faktlarla sübut olunmuş strateji xəttdir. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı bu ideyanı dövlət idarəçiliyinin mərkəzinə gətirdi. O illərdə ölkənin iqtisadiyyatı çökmüşdü, ictimai-siyasi xaos hökm sürürdü və müstəqillik təhlükə altındaydı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”, 1995-ci il Konstitusiyası, xarici siyasətdə balanslaşdırılmış kurs və milli mədəniyyətin qorunması üzrə proqramlar azərbaycançılıq fəlsəfəsinin təməl prinsiplərini praktik addımlarla möhkəmləndirdi. Bu ideya həm də ölkənin bütün bölgələrini, bütün etnik və dini qruplarını birləşdirən vahid milli konsepsiya kimi formalaşdı.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirlər azərbaycançılıq ideyasının həm tarixi köklərini, həm də bu gün üçün aktuallığını bir daha ortaya qoydu. İldə ölkə daxilində yüzlərlə konfrans, sərgi, kitab təqdimatı, elmi araşdırma və sosial layihə həyata keçirildi. Azərbaycanın bir çox ölkədəki səfirlik və diaspor təşkilatları Heydər Əliyevin irsinin təbliği üçün xüsusi proqramlar reallaşdırdı. Dövlətçilik ənənələrimiz, mədəniyyətimiz, müstəqilliyimizin bərpası uğrunda görülən işlər beynəlxalq auditoriyaya sistemli şəkildə çatdırıldı.

Bu proses yalnız irsə ehtiram xarakteri daşımadı. Azərbaycançılığın təbliği həm də müasir çağırışlara cavab verən milli ideoloji xəttin gücləndirilməsi demək idi. Qlobal informasiya rəqabətinin artdığı bir dövrdə Azərbaycanın öz kimliyini, tarixi irsini və milli dəyərlərini düzgün təqdim etməsi strateji əhəmiyyət kəsb edir. “Heydər Əliyev İli” bu baxımdan həm milli birliyi gücləndirən, həm də Azərbaycanın dünyaya təqdimatını genişləndirən mühüm ideoloji mərhələ oldu.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, dövlət qurmaq, ordu formalaşdırmaq, bir xalqı bütün edən ideologiya yaratmaq-bunların heç biri asan olmayan məsələlərdir. Onun sözlərinə görə, bunları bacaran insan sadəcə siyasətçi yox, həm də lider olmağı bacarmalıdır:

"Düşünürəm ki, lider olmaq sonradan qazanılan fəzilət yox, məhz anadangəlmə xüsusiyyətdir. Dövlətlərin və xalqların inkişaf tarixinə nəzər etdiyimiz zaman görürük ki, böyük siyasətçilər yetişib, qüdrətli imperatorlar olub, böyük sərkərdələr adlarını dünya tarixinə qızıl hərflərlə yazdırıblar. Amma onların əldə etdiyi nəticələr müəyyən bir dövr üçün, qısa bir zaman üçün müsbət dividentlər gətirib. Həmin bu addımların illər, qərinələr, əsrlər keçdikdən sonra nə qədər yanlış olduğu görünüb. Bu baxımdan lider elə bir amildir ki, onun atdığı addımlar sadəcə yaşadığı dövrün deyil, sadəcə gələcək nəsillərin deyil, böyük tarixi epoxanın inkişaf etməsi, bir ideologiyanın daha sağlam əsaslarla qorunması, inkişaf etdirilməsi baxımından önəmlidir. Azərbaycan dünyada böyük əhaliyə, böyük əraziyə malik dövlət olmasa da, lakin çətin region olan Cənubi Qafqaz regionunda tarix boyu atmış olduğu addımlarla adını dünya tarixinə yazdırmağı bacarıb".

Politoloqun fikrincə, zaman-zaman müxtəlif ictimai, siyasi münasibətlərin təsiri altında qalan Azərbaycan xalqı boğulmağa, sıxılmağa, əzilməyə vadar edilib. Buna baxmayaraq dövlət yaratmaq, dövlət təsisatlarını qurmaq, formalaşdırmaq, inkişaf etdirmək, inkişaf mexanizminə salmaq baxımından Azərbaycan xalqı böyük iradə nümayiş etdirib. 1991-ci ildən tutmuş 1993-cü ilə qədər Azərbaycan xalqı yəqin ki, özünün ən çətin, sınaqlı, ağrılı-acılı günlərini yaşayırdı:

"Vətəndaş müharibəsi, etnik zəmində qarşı durma, torpaqlarının işğal olunması, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi, öz resurslarından, təbii ehtiyatlarından istifadə edə bilməsi, necə istifadə olunması haqqında hər hansı bir mexanizmin olmaması, dövlət institutlarının iflic vəziyyətinə düşməsi, təəssüflər olsun ki, reallığımız idi. Belə bir məqamda Azərbaycan nə qədər yeraltı və yerüstü sərvətə malik olsa da, yeganə ehtiyac duyduğu kritik amil lider idi. Belə bir reallıqda və zərurətdə xalqımız Heydər Əliyevə pənah apardı. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı ətrafında toplamağı bacardı. Şübhəsiz ki, məhz "Azərbaycançılıq" ideologiyası Azərbaycanın mərkəzləşdirilmiş dövlət, həmrəy cəmiyyət, səfərbər olunmuş toplum olmasına gətirib çıxartdı. Məhz "Azərbaycançılıq" məfkurəsi idi ki, Azərbaycanı bölünmədən, parçalanmadan, haçalanmadan, kənar müdaxilərdən qorudu. 44 günlük Vətən müharibəsi sübut etdi etdi ki, bizim Zəfərimizin kökündə dayanan amil məhz "Azərbaycançılıq" məfkurəsi idi".

Şəbnəm Həsənova: Zəfərimizin kökündə dayanan amil məhz "Azərbaycançılıq" məfkurəsi idi

Ş.Həsənova bildirib ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ata vəsiyyətini icra edərkən hərbi əməliyyatların adını "Dəmir yumruq" qoyması təsadüfü deyildi. Bu, məhz "Azərbaycançılıq" ideologiyasına duyulan minnətdarlıq idi:

"Bəli, “Dəmir yumruq" "Azərbaycançılıq" məfkurəsinə duyulan minnətdarlıq idi. Bəli, bütün Azərbaycan xalqı bu gün Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına minnətdardır. Hər zaman olduğu kimi. Azərbaycan xalqı bilir ki, zamanında Heydər Əliyev hakimiyyətə gəlməsə idi, onun aqibəti necə acınacaqlı olardı. Şübhəsiz ki, biz bu idealları qoruyub saxlamalı, daha da inkişaf etdirməli və gələcək nəsillərə ötürməliyik".

Müsahibimiz qeyd edir ki, bu istiqamətdə ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi, vizyonu altında Heydər Əliyev Fondu olduqca böyük işlər görür. Ulu öndərimiz Heydər Əliyevin idealları cəmiyyətimizdə, təlim-tərbiyə ocaqlarında, hərbi ocaqlarda, siyasi təsisatlarda, dövlət institutlarında əsas istinad nöqtəmizdir. Azərbaycan xalqı Heydər Əliyevin ideallarına hər zaman minnətdardır:

"Məhz həmin bu səfərbərliyin, həmrəy olmağının nəticəsidir ki, biz heç bir daxili və xarici ünsürü öz cəmiyyətimizə yaxın qoymuruq ki, bizi bölsün, zəiflətsin, siyasətimizə mane olsun. Çox çalışılır ki, Azərbaycan yenidən hansısa güclərin, hansısa mərkəzlərin itaətinə tabe edilsin. Bu mümkün deyil. Çünkü "Dəmir yumruq" uğrunda tökülən qanlar, "Azərbaycançılıq" ideologiyasına xalqımızın duyduğu minnətdarlıq hissi buna aman verməz. Heydər Əliyev idealları yaşayır, ölməzdir və Azərbaycanın inkişafının təminatçısıdır".

Zeynəb Rzayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri