Icma.az
close
up
RU
Cənubi Qafqazda real suveren qərarvermə imkanına yalnız Azərbaycan malikdir

Cənubi Qafqazda real suveren qərarvermə imkanına yalnız Azərbaycan malikdir

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın Venesuelada “Maduro əməliyyatı”ndan sonra gözlənildiyi kimi, Rusiyanın da analoji istəklərini açıq ortaya qoyacağı məlum idi. Hərçənd ki, Rusiya “Maduro əməliyyatı”ndan da əvvəl Moldovadan Dnestryanı, Gürcüstandan Abxaziya və Osetiya, Ukraynadan Krımı ilhaq edib və hazırda da Ukraynada işğalçılıq müharibəsini davam etdirir. ABŞ-ın da 50-dən çox müxtəlif ölkədə çevriliş etdiyini və dövlət başçılarına qarşı əməliyyat keçirdiyi yaxın dövr tarixidir. Yəni söhbət artıq ayrı-ayrı dövlətlərin qlobal güclər tərəfindən işğalından yox, sistemli qlobal modelin tətbiqindən gedir.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Rusiyanın federal televiziya kanallarında Kremlin tezislərini ən aqressiv şəkildə yayan şəxslərdən biri olan aqitator Vladimir Solovyovun Ermənistana qarşı analoji “Maduro əməliyyatı”nın keçirilməsi və onun hərbi yolla yenidən Rusiyanın nəzarətinə qaytarılması barədə açıq təhdidlər səsləndirdiyi bildirilib. Solovyovun açıqlamasına cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistandakı səfirinə rəsmi nota verib. Ardınca Moldova Prezidenti Maya Sandu çıxış edərək ölkəsinin Rumıniya ilə birləşməsinin tərəfdarı olduğunu və ancaq bu şəkildə təhlükəsizliyini təmin etməyin mümkün olduğunu bildirib. Yəni təhdidlər tamamilə ciddi qəbul edilir:

"Proseslər onu göstərir ki, Rusiya da analoji bir siyasi xətt üzrə ənənəvi siyasətini bir norma və yeni model kimi dünyaya qəbul etdirməkdə israrlıdır. Solovyovun çıxışı bir növ “nəbz yoxlama” kimi dəyərləndirilsə də, əslində mahiyyət etibarı ilə real təhlükə kimi, nəinki Ermənistana, Azərbaycana və ümumilikdə keçmiş sovet respublikalarına qarşı Vladimir Putinin SSRİ-nin bərpası planının icrasına açıq formada keçid mərhələsinin anonsu ola bilər.

Rusiyanın açıq təhdidləri Trampın Venesuela əməliyyatından sonra Qrenlandiya istəkləri fonunda daha təhlükəli görünür. Yeri gəlmişkən, heç bir qlobal gücün digər dövlətə təhlükəsizlik zəmanəti həmin dövləti işğaldan, ilhaqdan qorumur, əksinə, onu asan yemə çevirir".

V.Dadaşov deyib ki, 1994-cü ildə Ukraynanın nüvə silahından imtina müqabilində ona ABŞ, Böyük Britaniya və Rusiya tərəfindən verilən təhlükəsizlik zəmanəti elə Rusiyanın özü tərəfindən pozuldu, əraziləri 2014-cü ildən başlayaraq işğal edilir. ABŞ-ın Danimarkaya 1951-ci ildə Qrenlandiyanın təhlükəsizliyinə verdiyi zəmanəti elə ABŞ-ın özü tərəfindən pozulur, Qrenlandiya nəticə etibarı ilə işğal edilir:

"Rusiyanın Ermənistana hərbi müdaxiləsi, Paşinyanın devrilməsi planlarının reallığına şübhə yoxdur. Əlbəttə, bu variant 2018-ci ildən son variant kimi masada durub. Rusiya üçün Ermənistanda hərbi əməliyyat onun nəinki Ermənistanda, ümumilikdə regionda və geosiyasi maraqlarının təmininə imkan verə biləcək əhəmiyyətə malikdir. Xüsusən də Rusiya üçün Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq, ABŞ-ın Zəngəzurda TRIPP layihəsinə mane olmaq və layihəyə nəzarəti əldə etmək üçün Paşinyan hakimiyyətinin devrilməsi optimal variant hesab edilir.

Bununla Rusiya bütünlüklə Cənubi Qafqazda mövcudluğunu və region ölkələrinə uzun müddətə təsirini bərpa etmək imkanı qazana bilər. Rusiya dəfələrlə 2020-ci il 10 noyabr Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının qüvvədə olduğu barədə açıqlama yayıb.

Həmçinin Moskvanın Ermənistana qarşı mümkün əməliyyatdan sonra Rusiyanın keçmiş sovet respublikalarına, eləcə də Orta Asiya dövlətlərinə psixoloji və siyasi, hərbi təsir imkanlarını gücləndirə bilər. Demək, Solovyovun dedikləri emosional ritorika deyil, Kremlin siyasi-hərbi fəaliyyət planının anonsudur.

Azərbaycana gəldikdə isə, Cənubi Qafqazda real suveren qərarvermə imkanına yalnız Azərbaycan malikdir. 2020-ci ildən sonra beynəlxalq nizama əhəmiyyətli təsir göstərən yeni regional reallıqlar sübut etdi ki, Azərbaycan nə təhlükəsizlik zəmanətlərinə, nə də xarici hərbi himayəyə arxalanmadan, öz milli maraqlarını hərbi-siyasi güc, balanslaşdırılmış diplomatiya və regional layihələr üzərindən qurulan təsir mexanizmləri hesabına təmin edə bilən nadir post-sovet dövlətidir. Məhz bu amil Rusiyanın Cənubi Qafqazda atacağı istənilən addımda Azərbaycan faktorunu əsas məhdudlaşdırıcı və çəkindirici elementə çevirir və hesablaşmağı zəruri edir".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Yanvar 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri