Icma.az
close
up
RU
Demokratik Suriya nağılının sonu, ələvi qətliamları, fürsət gözləyən druzlar və kürdlər (ŞƏRH)

Demokratik Suriya nağılının sonu, ələvi qətliamları, fürsət gözləyən druzlar və kürdlər (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Suriyanın daxili reallıqlarını nəzərə alsaq, proseslərin belə cərəyan edəcəyi gözlənilən idi".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Suriyada Bəşər Əsəd rejimi tərəfdarlarının son günlər aktivləşərək, yeni hökumətə qarşı çıxamasına münasibət bildirərkən deyib.

Azər Hüseynov bildirib ki, əslində, Suriyada proseslərin bu gün yaşananlara doğru getməsi ehtimal olunan idi. Öncə bu, Suriyanın daxili reallıqları ilə bağlıdır:

"Suriyada müxtəlif məzhəblərə, dinlərə, etnik qruplara mənsub insanlar yaşamaqdadır. İllər ərzində onların hər birinin ayrılıqda siyasi statusları formalaşıb. Əsəd rejimi zamanı ələvi azlığı mövcud siyasi hakimiyyətin əsas dayaqları hesab edilirdi. Bundan başqa, ölkənin böyük  əksəriyyəti sünni ərəblərdən ibarət idi. Onların əksər hissəsi müəyyən zamanlarda Əsəd ailəsi tərəfindən təzyiqlərə məruz qalırdı. Amma bununla belə, bəzi sünni ailələr Suriya siyasi hakimiyyətində və hakimiyyətə yaxın olan dini elitada təmsil olunurdu. Digər bir məsələ kürdlərlə bağlı idi. Kürdlər BƏƏS rejimi zamanı bir çox hüquqlardan, o cümlədən vətəndaşlıq hüququndan məhrum edilmişdi. Eyni zamanda, Suriyada milli hüquqlardan məhrum edilmiş digər xalq türkmənlər idi. Suriya türkmənləri məhz buna görə proseslər başlayanda rejimə qarşı çıxdı. Belə bir ortamda Suriyada Əsəd rejiminə qarşı çıxışlar başladı və getdikcə məlum vətəndaş müharibəsinə çevrildi. Bu isə öz növbəsində ölkənin etnik və dini elementləri arasında münasibətlərin daha da gərginləşməsinə səbəb oldu".

Ekspert hesab edir ki, Əsədə qarşı ilk çıxışlar siyasi və sosial məzmunlu idi. Lakin getdikcə qlobal və regional oyunçuların müdaxiləsi və birbaşa iştirakı ilə proseslər məzhəb münaqişəsi, bir sıra hallarda etnik əsaslı münaqişə halına gəldi. Burada əsas səbəbkar kimi ekspertin  fikrincə, ərəb dövlətləri və İrandan gələn emisarları göstərmək olar: 


"Bir sıra ərəb ölkələrindən gələn emissarlar münaqişəni ələvi azlığın sünni çoxluğa qarşı zülmünün nəticəsi olaraq təqdim etməyə başladı. Onların çağırışı ilə bölgəyə çoxlu sayda qeyri-suriyalı döyüşçülər axın etdi. Digər tərəfdən, İranın rəhbərliyi ilə münaqişəyə tərəf kimi "Hizbullah" və əsasən Əfqanıstandan gəlmiş şiə qruplar daxil oldu. Daha sonra Qərb, xüsusi ilə ABŞ Suriya kürdlərinin məsələlərini gündəmə gətirərək onların təşkilatlandırılmasına və silahlandırılmasına başladı. Hadisələr birbaşa Türkiyə sərhədlərində baş verirdi. Ona görə də öz milli maraqlarına uyğun bir şəkildə Türkiyə də yerli türkmən müqavimətinə və mötədil hesab edilən rejim əleyhinə qüvvələrə yardım etməyə başladı".

Azər Hüseynov qeyd edir ki, ilkin mərhələdə Suriyanın istər sekulyar demokratik, istərsə də islamçı müxalifəti problemə xarici qüvvələrin daxil olmasını istəməyib:

"Lakin getdikcə onların problemə təsir imkanları azaldı. İŞİD-in yaranması isə proseslərdə tam yeni, daha radikal dövr açdı və bu gün qarşılıqlı nifətin əsas səbəblərindən biri kimi çıxış etdi. Digər tərəfdən isə ələvi qrupların, hakimiyyət güclərinin sərtliyi demoqrafik resurs arasında ciddi çat yaranmasına gətirib çıxardı".

Konfliktoloq düşünür ki, hazırda Suriyada baş verən olaylar bir sıra regional və qlobal səbəblərlə bağlıdır:

"Suriyada hakimiyyət dəyişəndə bir çox insan düşünürdü ki, artıq yeni hakimiyyət gəlib, hamıya eyni münasibət olacaqdır, ölkə düzələcək. Lakin görünən odur ki, belə olmadı. Hazırda biz yenə ciddi toqquşmalar və insan itkilərini görürük. Bunun bir çox regional və qlobal səbəbləri  vardır. Məlumdur ki, Qəzzada Əqsa Tufanı əməliyyatı və daha sonra isə İsrail-HƏMAS müharibəsi başladı. Müharibənin gedişində humanitar fəlakətin yaşanması, eləcə də assimetrik qüvvələrin sahədə İsrail ordusuna qarşı ciddi müqavimət göstərməsi beynəlxalq sistemin böhranına gətirib çıxardı. Daha sonra Livan "Hizbullah"ı ilə  İsrail arasında döyüşlər başladı. HƏMAS lideləri və "Hizbullah" baş katibi İsrail tərəfindən vuruldu. Bütün texnoloji üstünlüyünə baxmayaraq İsrail höküməti hərbi əməliyyatları planlaşdırdığı şəkildə apara bilmədi. Bu da öz növbəsində ölkə daxilində müxalifət və iqtidar arasında problemlərə səbəb oldu. Yəni, bölgədə yeni bir aktiv münaqişə ocağı yarandı. Bu zaman ABŞ İsraili dəstəklədi, amma onun müttəfiqi olan Türkiyə Fələstinə və HƏMAS-a siyasi dəstək nümayiş etdirdi. Suriyada bir-biri ilə zidd mövqelərdə olan Türkiyə və İran Fələstin məsələsi ilə bağlı ortaq və ya yaxın mövqelərdə dayandılar. Digər oyunçular olan ərəb dövlətlərinin isə prosesdə passiv iştirakı (Qətər xaric) onların nüfuzuna zərbə vurdu. Daha sonra nisbətən Misirin fəallaşması müşahidə edildi".


Azər Hüseynova görə, sonrakı proseslər onu göstərir ki, Əsəd devrilməmişdən öncə İranın arxasından Qərblə anlaşmaq üçün addımlar atıb:

"Bu zaman isə Türkiyənin təkliflərinə yox dedi, İranı isə oyun xaricində buraxdı. Belə bir mövqe İranın Əsədin arxasından çəkilməsinə gətirib çıxardı. Digər tərəfdən, Ukrayna ilə müharibə halında olan Rusiya da Əsədin arxasında prinsipial dayanmadı".

Ekspert deyir ki, Əsədin süqutundan sonra bölgədə İsrailin timsalında yeni hərbi-siyasi oyunçu peyda olub:

"Trampın xarici siyasi kursunda önəmli məsələlərdən biri əsas regional müttəfiqi olan İsrailin təhlükəsizliyinin təmin edilməsi, İranın regiondan tamamilə çıxarılması və ona təzyiqlərin artırılmasıdır. Bununla belə Tramp Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana da xüsusi əhəmiyyət verir. Digər tərəfdən, Ukrayna məsələsində siyasəti ilə faktiki olaraq Putin ilə yaxınlaşır. Bir də unutmaq lazımdır deyil ki, Əsədin süqutundan sonra Suriyada faktiki yeni bir hərbi siyasi oyunçu mövcuddur. Bu da İsraildir. İsrail yeni hakimiyyətin cihadçı keçmişini əsas gətirərək Suriya ordusunun keçmiş hava və dəniz arsenalını demək olar ki, tamamilə məhv etdi. Druzların hüquqlarının müdafiəsi və öz milli maraqlarının qorunması üçün Suriyanın bir sıra ərazilərini nəzarətə götürdü. Təbii ki, bu da onu Türkiyə ilə üzbəüz qoydu. Çünki Türkiyə üçün Suriya Osmanlıdan qalan təsir dairəsi, könül coğrafiyasıdır. Yeni Suriya hökümətində Türkiyəmeyilli və təhsilli bir sıra insanlar var. Əhməd Şara da Türkiyə ilə isti münasibətlərə malikdir. Amma o, Türkiyənin adamı kimi xarakterizə edilə bilməz. Hər nə qədər cihadçı bir keçmişə  malik olsa da, siyasi kurs baxımından Panarabizmin təmsilçisi hesab edilə bilər. İsrailin problem yaşadığı digər bir ölkə isə İrandır. İrana qarşı ABŞ-ın da mövqeyi bəllidir. İsrail üçün üstünlük odur ki, Suriya məsələsində özü üçün təhlükə hesab etdiyi Türkiyə ilə İranın məsələyə baxışları koordinal fərqlidir. Rusiyanın məsələlərə yanaşması isə hazırda ABŞ və İsrailə daha yaxındır. Çünki Türkiyənin Suriyada təsirinin güclənməsi Kremlin də maraqlarına uyğun deyildir".


Ekspert Suriyadakı ələvi çıxışlarının arxasında İranın dayandığı barədə məlumatları o qədər də ciddi hesab etmir:

"Ümumi olaraq Suriyada ələvi-şiə kütləsi İranın yerli təsir vasitəsidir. Lakin hazırda ələvi ayaqlanmasının arxasında konkret olaraq İranmı dayanır, bu sual o qədər sadə deyil. Çünki ABŞ-da hakimiyyətdə İrana qarşı kəskin neqativ mövqedə dayanan bir prezident vardır. İran ciddi iqtisadi sanksiyalar altındadır. Yerli proksi gücləri o qədər də avantajlı vəziyyətdə deyillər. "Hizbullah" hər nə qədər İsraillə atəşkəsdədirsə, hər an Suriyanın yeni hakimiyyəti ilə müharibəyə girə bilər. İranın faktiki olaraq proseslərdə ölkə olaraq müttəfiqi yoxdur. Rusiya da yanında  deyildir. Ölkə daxilində isə Pezeşkian-Xameneyi ziddiyyətləri var. Əlbəttə ki, İran öz maraqlarını təmin etməyə çalışacaq və bu məsələdə onun üçün əsas element ələvilər və şiələrdir. Amma hazırda İranın ələvi ayaqlanmasını tətiklədiyini demək çətindir. İranın ABŞ-ın yeni hakimiyyəti, İsraillə olan problemləri, HƏMAS-ın hərbi qanadı ilə münasibətləri, Rusiyanın ABŞ-la yaxınlaşması, Suriya məsələsində Türkiyə ilə olan fərqli yanaşması onun gələcəkdə vurulması ehtimallarını gücləndirir".

Konfliktoloq Suriyanın mərkəzi hakimiyyətinin problemləri tez bir zamanda həll edə biləcəyini də düşünmür:

"Proseslər hələ uzanacaq. Ona yeni aktorlar qoşulacaq. Böyük ehtimalla Suriyanın daha böyük əraziləri İsrail tərəfindən nəzarətə götürüləcək. İsrail bunu yeni hakimiyyətinin cihadçı keçmişindən irəli gələn təhlükədən və druzların təhlükəsizliyinin təmin edilməsi ehtiyacından qaynaqlandığı ilə əlaqələndirəcək. Türkiyə də Suriyada hərbi mövcudluğunu gücləndirməyə çalışacaq. Eyni zamanda, Suriya hökuməti ABŞ-dan İsrailin qarşısında təhlükəsizlik zəmanəti almağa çalışacaq".

Qeyd edək ki, ötən həftə Suriyanın qərbində Latakiya və Tartus vilayətlərində devrilmiş Bəşər Əsədin tərəfdarları yeni hökumətə qarşı mübarizəyə start veriblər. Nəticədə hökumət qüvvələrilə Əsəd tərəfdarları arasında baş verən toqquşmada mindən çox insan ölüb ki, onların da mütləq əksəriyyəti mülki insanlardır. Mütəxəssislər bildirir ki, Suriyada Əsəd tərəfdarlarının yeni hökumətə qarşı üsyanı daha genişmiqyaslı silahlı qarşıdurmaya çevrilə bilər.

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri