Icma.az
close
up
RU
Demokratiya ideallarına sadiqliyin ali göstəricisi

Demokratiya ideallarına sadiqliyin ali göstəricisi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Konstitusiya və Suverenlik İli – 2025

Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin çox mühüm və tarixi əhəmiyyəti var. Çünki Azərbaycan Respublikası müstəqil dövlət olaraq suverenliyini tam təmin etmiş və xalqımızın konstitusiya hüquqları qorunaraq müdafiə edilir. Belə bir cəmiyyətdə yaşamaq, işləmək, fəaliyyət göstərmək hər bir Azərbaycan vətəndaşı üçün qürur hissi doğurur.

Konstitusiyanın əsas institutlarından biri dövlətin fundamental atributlarından olan suverenlik məsələsidir. 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam şəkildə bərpa olunmuşdur. Xalqın yekdil səsi ilə 1995-ci ildə qəbul edilən Konstitusiyamız dünyada mühüm yerə malik olan normativ-hüquqi aktlardan biridir. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyaya zəruri dəyişikliklər edilərək, əsasən insan hüquq və azadlıqları ilə bağlı yeni normalar əlavə olunmuşdur.

Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümüdür və hər kəsə yaxşı məlumdur ki, müasir Azərbaycan dövlətinin Ana Qanunu ümummilli lider Heydər Əliyevin şah əsərlərindən biridir. Ulu öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri məhz yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi olmuşdur. Çünki dövlətin idarə və sivil formada inkişafı üçün hüquqi baza olmalı idi. Lakin Azərbaycanda 1991-ci il oktyabrın 18-də müstəqilik haqqında Konstitusiya aktı qəbul edilsə də, bu, dövrün tələblərinə cavab vermirdi. Ulu öndərin rəhbərliyi ilə yaradılan konstitusiya komissiyası tərəfindən qısa zamanda hazırlanan Konstitusiya layihəsi ümumxalq səsverməsi nəticəsində yekdilliklə qəbul edildi və müstəqillik tariximizin ən mühüm hadisələrindən biri kimi tarixə qızıl hərflərlə yazıldı. Bundan sonra 2002, 2009 və 2016-cı illərdə Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər xalqımız tərəfindən müsbət qarşılanaraq dəstəkləndi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi qələbə və antiterror tədbirləri nəticəsində isə bütün ərazilərimiz üzərində suverenliyimiz tam təmin edildi. Bununla da Konstitusiyamızda yer alan Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti tam reallaşdı.

Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Dövlət başçımızın uzaqgörən və uğurlu siyasəti nəticəsində bu maddədə yer alan prinsiplər tam təmin olunmuşdur.

Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi Konstitusiyamızda başlıca prinsiplərdən biri kimi təsbit olunmuşdur. 1995-ci il noyabrın 24-də Milli Məclisdə çıxış edən ulu öndər Heydər Əliyev demişdir ki, yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edir.

Dövlətin suverenliyi üçün hüquqi-siyasi, sosial-iqtisadi fundament olmalıdır. 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə ölkənin intibah dövrünə qədəm qoyması belə fundament rolunu oynadı. O dövrdə müxtəlif sahələrdə yerli kadrların yetişdirilməsi, həmçinin milli şüurun inkişaf etdirilməsi və milli ruhun yüksəldilməsi sahəsində məqsədyönlü işlər görüldüyündən xalqımız bunun müsbət bəhrəsini görür.

Xalqımız tarixən müstəqil və suveren dövlətə sahib olmaq, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq arzusu ilə yaşamışdır. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış, 1918-ci ildə azadlığını qazanıb, XX əsrin sonlarında isə dövlət müstəqilliyini bərpa etmişdir.

İstənilən dövlətin mövcudluğu və inkişafı konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyənləşdirərək insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi prinsipləri özündə ehtiva edir.

Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu üçün mühüm qanunvericilik bazası olmaqla, normativ–hüquqi aktların sistemində aliliyi ilə seçilir.

Konstitusiyamız 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olmaqla, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etmiş, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirmiş və ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisi olmuşdur.

Bu ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi hüquqi islahatların daha sistemli həyata keçirilməsi və vətəndaşların hüquqi biliklərinin artırılması məqsədini daşıyır. Bu təşəbbüs hüquqi təhsil və maarifləndirməni gücləndirməklə vətəndaşların konstitusiya hüquqları ilə bağlı məlumatlılığını artırır. Çünki suverenlik və konstitusiya hüququ müasir dövlətçiliyin fundamental prinsipləridir. "Konstitusiya və Suverenlik İli" hüquqi islahatların gücləndirilməsi və dövlət quruculuğunun inkişafı baxımından mühüm addımdır. Əminik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suveren və bütöv Azərbaycan yeni dövrdə sürətlə inkişaf etməklə, dünya birliyində rolunu durmadan genişləndirəcəkdir.

Rafail ƏLİYEV,
Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri