Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Demokratiyanın kəmiyyət meyarı ilə məhdudlaşdırılması

Demokratiyanın kəmiyyət meyarı ilə məhdudlaşdırılması

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Demokratiya anlayışının ən geniş yayılmış və eyni zamanda ən təhlükəli təhriflərindən biri onun elementar səs çoxluğu mexanizmi ilə eyniləşdirilməsidir. Bu yanaşmada demokratiya hüquqi və institusional çərçivəyə malik məsuliyyətli qərarvermə prosesi kimi deyil, sadəcə arifmetik üstünlük mexanizmi kimi başa düşülür. Nəticədə “demokratik qərar” anlayışı qərarın məzmunu, nəticələri və hüquqi məsuliyyəti nəzərə alınmadan yalnız çoxluğun iradəsinin ifadəsi kimi təqdim olunur.

Əslində isə səsvermə demokratiyanın məqsədi deyil, onun vasitəsidir. Səs çoxluğu legitimliyin yeganə mənbəyinə çevrildikdə demokratiya normativ məzmununu itirir və siyasi məsuliyyət mexanizmi olmaqdan çıxaraq kəmiyyət üstünlüyünün legitimləşdirilməsi aləti kimi əhəmiyyət daşıyır. Bu halda çoxluğun qərarı avtomatik olaraq “haqlı”, azlığın mövqeyi isə mahiyyətindən asılı olmayaraq “səhv” kimi təqdim olunur.

Bu risk klassik siyasi fəlsəfədə hələ erkən mərhələdə qeyd olunmuşdur. Aristotel demokratiyanı sadəcə çoxluğun hakimiyyəti kimi deyil, qanunun aliliyinə tabe olan kollektiv idarəetmə forması kimi dəyərləndirirdi. O, çoxluğun məhdudiyyətsiz hökmranlığını demokratiyanın pozulmuş forması hesab edir və onu oxlokratiya ilə eyniləşdirirdi. Aristotel üçün səs çoxluğu yalnız hüquqi çərçivə daxilində məna kəsb edir; bu çərçivə aradan qalxdıqda demokratiya özünü inkar etməyə başlayır.

Platon isə daha da irəli gedərək səs çoxluğuna əsaslanan idarəetmənin bilik və məsuliyyətdən qopduğunu, emosional manipulyasiyaya açıq olduğunu göstərib belə sistemlərin demoqoqlar üçün münbit zəmin yaratdığını vurğulamışdır. Onun tənqidi demokratiyanın normativ inkarı kimi deyil, səs çoxluğunun mütləqləşdirilməsinin doğurduğu təhlükələrin analizi kimi oxunmalıdır.

Bu təhlükəni daha aydın şəkildə ifadə edən anlayış Aleksis de Tokvilin “çoxluğun tiraniyası” konsepsiyasıdır. Tokvil göstərirdi ki, səs çoxluğu hüquqi və institusional məhdudiyyətlərdən azad edildikdə azlıqların hüquqlarını tapdalayan, fərqli mövqeləri legitimlikdən məhrum edən siyasi gücə çevrilə bilər. Bu halda demokratiya azadlığın qoruyucusu deyil, onun üçün təhlükə mənbəyinə çevrilir.

Çoxluğun qərarlarının həmişə rasional nəticə vermədiyini göstərən maraqlı nümunələrdən biri fransız alimi markiz de Kondorsenin adı ilə tanınan Kondorse paradoksudur. Bu paradoks göstərir ki, seçicilərin üstünlük sıralaması məntiqi baxımdan ziddiyyətli kollektiv nəticələr yarada bilər. Məsələn, seçicilərin əksəriyyəti A variantını B-yə, B-ni C-yə üstün tuta bilər, lakin səsvermə nəticəsində C variantı A üzərində qalib gələ bilər. Beləliklə, fərdi seçimlər rasional olsa belə, onların cəmi ziddiyyətli kollektiv nəticə yarada bilir.

Bu problem XX əsrdə amerikalı iqtisadçı Kennet Arrouv tərəfindən ictimai seçim nəzəriyyəsi çərçivəsində daha sistemli şəkildə əsaslandırılmışdır. O, göstərmişdir ki, diktaturasızlıq, fərdi üstünlüklərə hörmət və ardıcıllıq kimi elementar ədalət prinsiplərini eyni vaxtda təmin edən universal kollektiv qərar mexanizmi mövcud deyil. Arrouvun nəticəsinin əhəmiyyəti yalnız riyazi sübutdan ibarət deyil. Bu nəticə göstərir ki, kollektiv qərarvermə prosesi fərdi seçimlərin sadə şəkildə toplanması kimi başa düşülə bilməz. Ayrı-ayrı seçicilər öz üstünlüklərini rasional və ardıcıl şəkildə müəyyən edə bilərlər, lakin bu üstünlüklərin səsvermə proseduru vasitəsilə birləşdirilməsi hər zaman sabit və məntiqi kollektiv nəticə yaratmır. Başqa sözlə, fərdi rasional seçimlər avtomatik olaraq rasional kollektiv qərar demək deyil. Məhz buna görə müasir siyasi sistemlərdə demokratiya yalnız səsvermə aktı ilə məhdudlaşmır: parlament prosedurları, konstitusiya məhdudiyyətləri və azlıqların hüquqlarının qorunması kimi institutlar kollektiv qərarvermənin bu zəif tərəflərini balanslaşdırmaq üçün formalaşmışdır.

Demokratik siyasətin paradokslarından biri də ondadır ki, siyasi lider çox vaxt mövcud çoxluğun fikrini ifadə etməyə məcbur olur. Uğur qazanan siyasətçi seçici səslərini qazanmaq üçün adətən artıq qəbul edilmiş düşüncə çərçivəsindən kənara çıxmır və mövcud ictimai rəyin sərhədləri daxilində hərəkət edir. Halbuki yeni ideyalar və yeniliklər çox vaxt əvvəlcə az sayda insan tərəfindən irəli sürülür və yalnız zaman keçdikcə geniş ictimai dəstək qazanaraq çoxluğun mövqeyinə çevrilir. Bu baxımdan demokratiyanın yalnız mövcud çoxluğun rəyini ifadə edən mexanizm kimi başa düşülməsi ictimai inkişafın məntiqi ilə həmişə üst-üstə düşmür.

Afina demokratiyasında mövcud olmuş ostrakizm institutu da çoxluq qərarının mürəkkəb nəticələrini göstərən maraqlı mexanizmlərdən biri idi. Vətəndaşlar səsvermə yolu ilə müəyyən şəxsi – potensial təhlükə hesab etdikləri siyasi fiquru on il müddətinə şəhərdən uzaqlaşdıra bilirdilər. Bu institut ilkin olaraq tiraniya təhlükəsinin qarşısını almaq məqsədi ilə yaradılmışdı. Lakin praktikada o, bəzən siyasi rəqabətin alətinə də çevrilirdi. Afina tarixinin ən məşhur sərkərdələrindən biri olan Femistokl də məhz belə qərarın qurbanına çevrilmişdi. Halbuki o, Salamis döyüşündə fars donanmasının məğlub edilməsində həlledici rol oynamış və Afina dövlətinin güclənməsinə böyük töhfə vermişdi. Buna baxmayaraq, sonradan siyasi rəqiblərinin təsiri altında keçirilən səsvermə nəticəsində şəhərdən sürgün edilmişdi. Bu hadisə göstərir ki, çoxluğun qərarı siyasi müdriklik və ya strateji baxışla üst-üstə düşməyə bilər.

Demokratiyanın sadə səs çoxluğu mexanizminə endirilməsinin yaratdığı problemlər müasir siyasi təcrübədə də müşahidə olunur. 2016-cı ildə Böyük Britaniyada keçirilmiş Avropa İttifaqından çıxmaq barədə referendum bu baxımdan diqqətəlayiq nümunədir. Referendumun nəticəsində seçicilərin təxminən 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verdi. Formal baxımdan qərar demokratik prosedur çərçivəsində qəbul edilmişdi. Lakin nəticə Britaniya cəmiyyətində dərin siyasi və sosial parçalanma yaratdı və uzun illər davam edən mürəkkəb siyasi böhrana səbəb oldu.

Bu problem siyasi nəzəriyyədə bəzən ironik bir metafora ilə də ifadə olunur: demokratiya insanların həyat yoldaşını səs çoxluğu ilə seçməsi kimi təsəvvür edilə bilər, azadlıq isə insanın onu özünün seçə bilməsidir. Bu müqayisə sadə və bəzən paradoksal görünsə də, mühüm bir həqiqəti göstərir: çoxluğun qərarı hər zaman fərdi azadlıq və ya normativ baxımdan düzgün nəticə ilə üst-üstə düşmür. Səs çoxluğu qərarın qəbul edilməsinin texniki üsulu ola bilər, lakin bu üsul qərarın ədalətli və ya rasional olmasının zəmanəti deyil.

Hətta məşhur liberal nəzəriyyəçi və azadlıq ideyasının ardıcıl müdafiəçilərindən biri olan Fridrix Hayek də bu təhlükəyə diqqət çəkirdi. O qeyd edirdi ki, demokratiya özü-özlüyündə qeyri-məhdud prinsip kimi qəbul edilə bilməz; əks halda, o, azadlığın qorunması əvəzinə onun üçün təhlükə yarada bilər. Hayekin fikrincə, “demokratiyada hüquq çoxluğun belə qərar verdiyi norma kimi başa düşülməyə başlanarsa, demokratiya asanlıqla demaqogiyaya çevrilə bilər”.

Əgər siyasi legitimlik yalnız arifmetik çoxluğa əsaslansaydı, o zaman dünya miqyasında daha böyük əhaliyə malik dövlətlərin mövqeyi daha haqlı hesab edilməli olardı. Bu isə açıq şəkildə göstərir ki, çoxluq prinsipi öz-özlüyündə normativ həqiqətin ölçüsü ola bilməz. Hayekin sözləri ilə desək, “Bütün səylərin çoxluğun fikrinə yönəldilməli olduğu və ya cəmiyyətdə daha böyük razılaşmanın yalnız çoxluğun meyarlarına əməl etməklə əldə olunduğu barədə təsəvvür əslində sivilizasiyanın inkişaf prinsipinə ziddir. Əgər bu prinsip hamı tərəfindən qəbul edilsəydi, bu, böyük ehtimalla durğunluğa, hətta sivilizasiyanın tənəzzülünə gətirib çıxarardı. Yeni baxışlar haradasa meydana çıxmalı və yalnız zaman keçdikcə çoxluğun mövqeyinə çevrilməlidir. Cəmiyyətin təcrübəsində elə bir yenilik yoxdur ki, əvvəlcə az sayda insanların təcrübəsi kimi ortaya çıxmamış olsun”.

Beləliklə, demokratiyanın səs çoxluğu ilə eyniləşdirilməsi onu sadə arifmetik mexanizmə endirir. Çoxluğun iradəsi legitimliyin texniki şərti ola bilər, lakin o, qərarın ədalətli, rasional və ya strateji baxımdan doğru olduğunu avtomatik şəkildə təmin etmir. Demokratiya yalnız “neçə nəfər səs verdi?” sualı ilə ölçüldükdə onun normativ və institusional məzmunu zəifləyir və o, qorumağa çalışdığı dəyərləri risk altına qoya bilər.

Mehdi ABDULLAYEV,
hüquq elmləri doktoru, Dövlət İdarəçilik Akademiyası dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2026 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri