Icma.az
close
up
RU
Demokratların son çırpınışları: Bayden erməni yükünü Trampın çiyninə atmağa çalışır

Demokratların son çırpınışları: Bayden erməni yükünü Trampın çiyninə atmağa çalışır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-la Ermənistan arasında tərəfdaşlıq sazişinin imzalanması və onun mətnində  “Dağlıq  Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi Entoni Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürüdür. Belə ki sazişin mətnində qeyd olunur ki, Ermənistanın 2023-cü ilin sentyabrından məcburi köçkün böhranı ilə üzləşdiyini nəzərə alaraq, ABŞ Dağlıq Qarabağdan didərgin düşmüş şəxslərə və qaçqınlara yardım göstərməkdə Ermənistana dəstəyi davam etdirməyi planlaşdırır. Görünən odur ki, bir neçə günə öz postunu tərk edəcək E.Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə burmaqdan, iqtidara gəlmiş D.Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir. 

Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu gün Ukraynada baş verənlər, öz torpağını qoyub dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində ölən milyonlarla ukraynalının qanı Bayden Administrasiyasının, Blinkenin üzərindədir. Yaxın Şərqdə baş verənlər də dünyanı qandıran Blinkenin oyunlarıdır. O, Qəzzada, Livanda baş verən faciənin baiskarıdır, əli həlak olmuş on minlərlə dinc insanın qanına batıb. 


Politoloq Züriyyə Qarayeva “Sherg.az”a bildirib ki, Donald Trampın Amerika Birləşmiş Ştatlarında seçkilərindəki qələbəsindən sonra gözlənildiyi kimi, Paşinyan hökuməti yeni administrasiyadan dəstəyi davam etdirə bilmək üçün ABŞ-la münasibətləri mümkün qədər legitimləşdirməyə çalışır:


“Prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır. Bu, strateji tərəfdaşlıqdan irəli gələn öhdəlikləri Tramp administrasiyasının üzərində yükləmək məqsədilə edilir. Trampın Baydenin irsinə və ümumilikdə Demokratlara necə yanaşdığını nəzərə alsaq, vəziyyətin o qədər də aydın olmadığını söyləmək mümkündür. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-ın Azərbaycana qarşı siyasətini erməni maraqları ilə əlaqələndirməyə davam etmək demokratların siyasətinin təkrarı olacaq. Digər tərəfdən Rusiya ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə ABŞ-ın yardımı ilə barışmayacaq. Paşinyan Trampa sədaqətini nümayiş etdirmək, davamlı dəstək və yardımı əldən verməmək üçün nə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, nə Avrasiya İqtisadi İttifaqına üzvlüyündən imtina edə bilməyəcək. Üstəlik Moskva buna əlavə presedentlər yaratdığı üçün heç vaxt razı ola bilməz. Paşinyan ABŞ-la strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Bu, erkən parlament seçkilərinin keçirilməsi lehinə daha bir arqumentdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Yanvar 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri