Icma.az
close
up
RU
Denis Şmıqal: ABŞ la saziş Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatıdır

Denis Şmıqal: ABŞ la saziş Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatıdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Kiyev, 2 may, AZƏRTAC

ABŞ-la yerin təki sazişi Ukraynanı indi qorumağa və gələcəkdə dünyanın ən böyük iqtisadiyyatı ilə uzunmüddətli tərəfdaşlıq yaratmağa kömək edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.

"Ukrayna üçün təkcə bu müharibəni bitirmək deyil, ondan sonra gələcək ədalətli sülhə nail olmaq vacibdir. Bu, "əvvəlkindən daha yaxşı" prinsipi əsasında genişmiqyaslı bərpa deməkdir. Bu, Aİ-yə üzvlük deməkdir", - deyə Şmıqal bildirib.

Baş nazir, həmçinin qeyd edib ki, sazişin imzalanması Ukraynanın təhlükəsizliyinin ən yaxşı təminatıdır: “Axı o, güclü iqtisadiyyata malik ölkə ilə imzalanıb”.

Onun sözlərinə görə, hazırda hüquqi və diplomatik işlərin davam etdirilməsi və ABŞ-la tərəfdaşlığın həyata keçirilməsi üçün konkret alətlər təqdim edəcək texniki sazişlərin imzalanması vacibdir.

"Lakin başqa bir şey də vacibdir: bu saziş bizə ölkəni daha yaxşı qorumağa imkan verəcək. Səmamızı daha yaxşı qoruyaq - Amerikanın hava hücumundan müdafiə sistemləri sayəsində. Torpaqlarımızı daha yaxşı qoruyaq - müasir silahlar sayəsində", - deyə Baş nazir bildirib.

Denis Şmıqalın fikrincə, bu razılaşma ABŞ-ın Ukraynanın yanında qalması və Ukraynanı dəstəkləməyə hazır olması barədə Kreml rejiminə siqnaldır.

Xatırladaq ki, mayın 1-nə keçən gecə Ukrayna ilə ABŞ arasında iqtisadi tərəfdaşlığı nəzərdə tutan yeraltı sərvətlərə dair saziş imzalanıb. Bu razılaşmaya əsasən, Birləşmiş Ştatlar Ukraynanın təbii sərvətlərinə çıxış əldə edəcək və gəlirlər ABŞ-Ukrayna birgə Bərpa İnvestisiya Fonduna yönəldiləcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri