Dəniz nəqliyyatı ilə yük və sərnişin daşınmalarının həcmi açıqlandı
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Azərbaycanda dəniz nəqliyyatı ilə bu ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7932,5 min ton təşkil etib.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azdır.
Məlumata əsasən, yüklərin 48,6 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 12 921,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 10 377 min tonunu və ya 80,3 faizini tranzit yüklər təşkil edib.
2024-cü il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 591,3 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artaraq 26,0 min nəfər olub.
Baxış sayı:134
Bu xəbər 18 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















