Dəniz suyu nümunələri hər həftə analiz edilir
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Respublikanın şəhər və rayonlarında yerləşən, əhalinin istifadəsində olan çimərliklərdə dəniz suyunun keyfiyyəti ilboyu nəzarətdə saxlanılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" proqramında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Ziyəddin Kazımov məlumat verib.
Onun sözlərinə görə, illik iş planına əsasən çimərliklərdə mütəmadi monitorinqlər aparılır. Yaz-yay mövsümünə hazırlıq çərçivəsində isə may ayından sentyabrın sonunadək dəniz suyu nümunələri hər həftə götürülərək fiziki-kimyəvi və mikrobioloji müayinələr üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarına göndərilir. İstirahət mövsümündə nümunələr əlavə olaraq xüsusi təhlükəli yoluxucu xəstəliklərin aşkarlanması məqsədilə də müayinə edilir.
Mütəxəssis bildirib ki, su nümunələri beynəlxalq və milli metodiki tələblərə uyğun şəkildə götürülür, onların təbii xüsusiyyətlərinin qorunması üçün xüsusi steril qablar və daşınma vasitələrindən istifadə olunur.
Laboratoriyada suyun fiziki, kimyəvi və mikrobioloji göstəriciləri müəyyən edilir. Bununla yanaşı, yoluxucu xəstəlik törədicilərinin mövcudluğu araşdırılır, zərurət yarandıqda isə toksikoloji müayinələr aparılaraq ağır metalların, neft məhsullarının, pestisidlərin və digər zərərli maddələrin olub-olmaması yoxlanılır.
Ziyəddin Kazımov qeyd edib ki, bütün nəticələr kompleks şəkildə təhlil olunur, normativ göstəricilərlə müqayisə edilir və bunun əsasında çimərliklərin sanitariya vəziyyəti barədə yekun rəy hazırlanır.
Baxış sayı:101
Bu xəbər 30 İyun 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















