Icma.az
close
up
RU
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində ilk tədbirini keçirdi

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində ilk tədbirini keçirdi

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin qalibi olub.

Üç ay müddətinə ( 01.06.2025 – 31.08.2025) gerçəkləşəcək layihənin hazırlıq işləri başa çatdırılıb. İyulun 19-da ASCO-ya məxsus “Suraxanı” gəmi-muzeyində “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş”  layihəsi çərçivəsində ilk tədbir keçirilib.

İctimai Birliyin Analitik-İnformasiya şöbəsindən redaksiyamıza verilən xəbərə görə tədbir iştirakçıları olan şəhid ailələri və müharibə iştirakçıları ilk olaraq gəmi-muzeyi ekskursiya ediblər. Muzeyin əməkdaşı  Əliağa Səfərovun  bələdçiliyi ilə şəhid ailələri və müharibə iştirakçılar gəmi-muzeyinin zəngin eksponatları ilə tanış olaraq, Azərbaycan gəmiçiliyinin tarixi keçmişinə səyahət ediblər.

İctimai Birliyin sədri, tanınmış şair, AXDG QSC-nin DND -nın gəmi kapitanı, layihənin rəhbəri Faiq Balabəyli tədbirlə bağlı bunları deyib:

“Yüksək səviyyədə baş tutan Tədbirdə əsasən dənizçi şəhidlərin ailə üzvləri  və qazilərimiz iştirak edirdi. 100 nəfərə yaxın iştirakçılar əvvəlcə gəmi-muzeyi ekskursiya ediblər”.

Tədbirin davamı “Suraxanı” gəmi muzeyinin restoranında davam etdirilib. İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.

Layihə rəhbəri, “DSD”İB-nin sədri Faiq Balabəyli qonaqları salamlayıb, şəhid analarına, ailə üzvlərinə, qazilərimizə onlarla qürur duyulduğunu və bunun daima belə olacağını deyib. Layihənin əsas məqsədi haqda danışaraq icrası 3 ay davam edəcək layihənin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Gəmi-muzeyin fəaliyyəti haqda da bəhs edən layihə rəhbəri yaradılan şəraitə görə ASCO rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Milli Məclisin üzvü, tanınmış ictimai-siyasi xadim Vüqar Rəhimzadə çıxışında torpaqlarımızın azadlığı uğrunda döyüşən insanlarımızın adının daima uca tutulacağını, onların bütün dövrlərdə qəhrəmanlıqlarından bəhs ediləcəyini bildirib, Ali Baş Komandanın “dəmir yumruğ”unun və zamanında verilən əmrinin dəqiqliklə yerinə yetirildiyindən bəhs edib.

Belə tədbirlərin keçirilməsinin zəruri olduğunu deyən milli məclis üzvü dənizçilərimizin Azərbaycanın müstəqilliyi və ərazilərinin işğaldan azad edilməsində misilsiz qəhrəmanlıqlarından bəhs edib,  Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin keçirdiyi tədbiri alqışlayıb.

Açıklama yok.

“Adalia” Beynəlxalq Qadın Platformasının təsisçisi  və direktoru Dilşad xanım Əhədova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə, “Yazarlar” jurnalının və eyni adlı xəbər portalının yaradıcısı və baş redaktoru, AYB üzvü, şair Zaur Ustac, Birinci Qarabağ müharibəsinin iştirakçısı XDND-nin gəmi kapitanı, qazi Elşad Qasımov, Vətən müharibəsi iştirakçısı, ADDA-nın müəllimi, qazi Ruslan Alicanov, ASCO Mühafizə MMC-dən olan qazi Nəsib Baxışov, 20 yanvar hadisələri zamanı Bakı buxtasında qəhrəmanlıq göstərən dənizçilərdən biri, hazırda xarici sularda fəaliyyət göstərən gəmi baş mühəndisi Malik Mikayılov, Qida təhlükəsizlik hərəkatının rəhbəri Məshəti Hüseynova, “Adalia” Beynəlxalq Qadın Platformasının əməkdaşı Alisa Nəzərova çıxış edərək şəhid ailələri və müharibə iştirakçılarına göstərilən qayğı və diqqətə görə  Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinə təşəkkür ediblər.

Tədbirdə iştirak edən, Masallı rayonunun Şərəfə kəndindən gələn şəhid Kərimov Valehin nəvəsi Kərimli Mədinə babasının xatirəsini əziz tutduqlarına görə ailələri adından təşəkkür edib və şeir söyləyib.

Şəhid anası Flora xanım, şəhid İsgəndər Xankişiyevin bacısı Çimnaz Əsədova, qazi Zakir İsaqovun tələbə qızı Sevinc xanım, şəhid Vadim Seyidovun bacısı Dilarə xanım, şəhid İlyas Hüseynovun qızı Nişanə xanım və başqaları tədbirdə çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirdilər.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Tural Balabəyli,

“DSD” İB-nin layihələr üzrə analitik

informasiya şöbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 İyul 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri