Icma.az
close
up
RU
Dənizdə bir nağıl Kruiz macərası

Dənizdə bir nağıl Kruiz macərası

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Bu gün dünyanı gəzmək sevdası hər kəsin ürəyindən keçir. Kimi bunu təyyarə, kimi qatarla edir. Amma müasir dövrdə ən gözəl səyahət kruizdir. Nəhəng gəmi ilə dənizin ortasında istirahətin zövqü və verdiyi enerji tam başqadır. Səhər günəşin dənizin ortasından çıxışını və axşam onun batışını izləmək sizə başqa bir zövq verəcək. 

Bir çox şirkət kruiz təklif edir. Amma sizin üçün ən keyfiyyətli və unudulmaz səfəri "Pack group" və "MSC" təşkil edəcək.

"MSC Cruises" bu günlərdə jurnalistlər üçün maraqlı media tur təşkil edib. Gəmidə keçən və bir neçə gün davam edən turda şirkət rəhbərləri də yer alıblar. 

"MSC Cruises"in Cənubi Avropa üzrə vitse-prezidenti Leonardo Massa, şirkətin icraçı direktoru Ancelo Kapurro və baş icraçı direktor Gianni Onorato, baş icraçı direktoru məsləhətçisi Mario Martini mətbuat konfransında şirkət haqda məlumat verib, gələcək planlardan danışıb və sualları cavablandırıblar.  

1990-cı ildə təsis edilmiş "Pac Group" bir çox istiqamətə kruizlər təşkil etməsi ilə tanınan və lider olan beynəlxalq turizm holdinq şirkətidir. Holdinq şirkətinə baş ofisi Moskvada yerləşən, Rusiya və bir sıra MDB ölkələrinin şəhərlərində filialları olan tur operatoru "Pac group" daxildir.

Bu şirkət dünyanın aparıcı kruiz xətlərindən biri olan "MSC Cruises" və lüks kruiz xətti "Explora Journeys"in Rusiya və MDB-də, o cümlədən Azərbaycan və Qazaxıstanda geniş çeşiddə marşrutlar təklif edən baş nümayəndəsidir. Bu, dünya miqyasında premium səyahətlərə unikal yanaşma təklif edir. Şirkətin məhsul strategiyası, müştərilərinin fərdi ehtiyaclarını ödəmək üçün diqqətlə seçilmiş yüksək keyfiyyətli səyahət və uyğun rəqabətli qiymətlər təklif etməkdir.

"MSC Cruises" dünyanın ən böyük özəl kruiz şirkətidir: Avropa, Cənubi Amerika və Cənubi Afrika bazarlarında, eləcə də Fars körfəzində liderdir. "MSC Cruises"in baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir. "MSC Cruises" donanması hazırda Aralıq dənizi, Fars körfəzi, Karib dənizi, Şimali Avropa, Atlantik okeanı, Cənubi Amerika, Cənubi Afrika və Asiyada üzən ən müasir, innovativ gəmilərə malikdir.

Şirkətin donanması dünyada ən gəncdir və 24 gəmidən ibarətdir. "MSC Cruises" hər bir prototip gəmiqayırma və kruiz gəmilərinin dizaynında əsl irəliləyişi təmsil edən altı yeni gəmi sinfi hazırlayıb.

Qiymətlərə gəldikdə isə: burada hər büdcəyə uyğun turlar var. Qiymət seçəcəyiniz kayuta, alkoqolli və alkoqolsuz paketlərə görə dəyişir. Qonaqlar üçün xüsusi xidmətlər və rahatlıq: incə kabin dekorasiyası, 24/7 konsyerj xidməti, ekskursiyalar təklif edilir.

Yayda Aralıq dənizində, qışda isə Fars körfəzində unudulmaz bir turun iştirakçısı olun. Dubaydan başlayıb, Doha (Qətər), Bəhreyn (Bəhreyn), Əbu-Dabi (BƏƏ), Sir Bani Yasa (BƏƏ) kimi davam edən qış kruizi ecazkar günlər yaşadacaq. 

Eyni zamanda şirkət sizin üçün Asiya kruizi də gerçəkləşdirəcək. Tayvan, Yaponiya və Çini bir səfərdə kəşf edə biləcəksiniz.

Qışda Aralıq dənizi kruizlərində Yunanıstan, İtaliya, Türkiyə, İspaniya, Fransa, Malta şəhərlərini gəzə bilərsiniz. Kruiz təkcə su üzərində gəzinti deyil. Belə ki, hər gün gəmi bir limanda dayanacaq və sizin səhərdən axşama qədər hansısa bir şəhəri gəzmək imkanınız olacaq. 

Noyabrın sonunda "All Stars" kruizinə ev sahibliyi edən "MSC Seaview" gəmisi Braziliyada üzməyə başlayacaq və Santos (Braziliya), Buzios (Braziliya), Salvador (Braziliya), Maseyo (Braziliya) və Ilya Qrande (Braziliya) şəhərlərində dayanacaq.

Bütün gəmilərdə teatr, müxtəlif növ barlar, gecə klubları, hovuzlar, SPA, açıq bufetdən ibarət restoran, qapalı restoran, canlı musiqi izləyəcəyiniz kafe, ziplayn, alış-veriş mərkəzi, idman zalı, bütün otaqlarda televizor, eyvan, vanna otağı mövcuddur.

Gəmidə sizlərə sadə otaqdan tutmuş, eyvanlı, eyvansız, eyvanında hovuz olan otağa qədər bütün seçimlər təklif edilir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://axsam.az
archiveBu xəbər 03 Noyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri