Dənizdən yığıb yola asfalt çəkdilər
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dənizdə və sahildə yığılan plastik tullantıların təkrar emal edilməsinə yönəlmiş layihələrdə fərqli bir üsul tətbiq olunur. Yığılan plastiklərin müəyyən proseslərdən keçirildikdən sonra asfalt qarışıqlarına əlavə edilməsi ilə yol tikintisində yenidən istifadəsi təmin edilir. Dəniz və sahillərdən çıxarılan plastik tullantılar birbaşa yol səthinə tökülmür. Toplanan materiallar çeşidlənib işləndikdən sonra yol tikintisində istifadə olunan asfalt qarışığının müəyyən bir hissəsində dəyərləndirilir.
Milli.Az xəbər verir ki, təkrar emala uyğun plastiklər lazımi proseslərdən keçirildikdən sonra asfalt istehsalında istifadə olunan materiallarla bir araya gətirilir. Hazırlanan qarışıq daha sonra ənənəvi asfalt tətbiqlərinə bənzər şəkildə yol səthinə sərilir.
Təkrar emal edilmiş plastiklərin asfalt qarışıqlarında istifadə olunduğu yol layihələri dünyanın müxtəlif bölgələrində həyata keçirilib. İstifadə olunan üsul və asfalt içərisindəki plastik miqdarı isə layihəyə görə dəyişir. Layihələrdə əsas məqsəd yığılan plastik tullantıların təkrar emal yolu ilə yenidən istifadəsini təmin etməkdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:113
Bu xəbər 03 Oktyabr 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















