Icma.az
close
up
RU
Dənizkənarı Bulvar İdarəsində pozuntular aşkarlanıb Baş Prokurorluğa müraciət edilib

Dənizkənarı Bulvar İdarəsində pozuntular aşkarlanıb Baş Prokurorluğa müraciət edilib

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri İlqar Mustafayev 12 milyon manatdan çox yeyintidə və 2 milyon manata yaxın vergi borcunda – vergidən yayınmaqda suçlanır. O, ilyarımdır basqı altında olduğunu söyləyir.

"Mən 18 aydır danışa, özümü müdafiə edə bilməmişəm, ümidlə bu məhkəməni gözləmişəm. Həmişə dövlətə, dövlətçiliyə sadiq olmuşam", - bir ildir pensiya yaşını haqlamış İ.Mustafayevin iyulun 14-də öz məhkəməsində dediyi sözlərdir.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İ.Mustafayev köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur.

"Akt, sübut istədim, dedilər ki…"

İyulun 14-də onların işi üzrə məhkəmənin hazırlıq iclasında İ.Mustafayev deyib ki, Hesablama Palatası 2023-cü ilin dekabrında Dənizkənarı Bulvar İdarəsində yoxlama başladıb və ötən ilin yanvarınadək həmin yoxlama davam edib, ardınca da vəzifədən azad edilib. Ardından səkkiz aya yaxın da Nazirlər Kabineti araşdırma aparıb: "Avqustda məni dəvət etdilər. Dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisiniz. Akt, sübut istədim. Dedilər ki, ya kompromisə getməlisən, ya sənədləri prokurorluğa göndərəcəyik. Elə də etdilər, avqustda prokurorluğa göndərdilər".

İ.Mustafayevin vəkili İsmayıl Kəngərli onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil deyir ki, cinayət işi materiallarında audit və vergi yoxlamalarının nəticələrinə istinad olunub. İ.Mustafayev azadlıqda qalsa belə, o yoxlamaların nəticələrini dəyişə bilməz: "Mənimsənildiyi iddia olunan 10 milyon müstəntiq fərziyyələrinə əsaslanır. Pandemiyanın sərt dövründə bulvardakı obyektlərə aylıq 74 min manat qazanc hesablanıb".

İ.Kəngərli müvəkkilinin sağlamlıq problemi olduğunu da sözlərinə əlavə edib.

Vəkillər vurğulayıblar ki, ehtimallarla kimisə ağır cinayətdə suçlamaq olmaz.

"11 milyon manat mənimsəyən adamın ciddi əmlakı, aktivləri olmalıdır. Fuad Babayevin 2009-cu ildə aldığı və yaşadığı evdən, idarə etdiyi avtomobil və kiçik bir torpaq sahəsindən başqa heç nəyi tapılmadı", - təqsirləndirilən F.Babayevin vəkili belə deyib. Müdafiəçi əmlakların sənədlərini də məhkəməyə təqdim edib.

İ.Mustafayev həbsdə olsa da, digər iki təqsirləndirilən barəsində alternativ qətimkan tədbiri seçilib.

Məhkəmə Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbərini ev dustaqlığına buraxmaqdan imtina edib. Bu idarədə 11 milyon manatı aşan yeyinti ilə bağlı məhkəmə araşdırmaları iyulun 28-nə təyin olunub.

Xatırlatma

İ.Mustafayev ötən ilin sentyabrından həbsdədir. Ona mənimsəmə ilə yanaşı, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vəzifə yetkilərindən sui-istifadə, külli miqdarda vergidən yayınma ittihamları da verilib. Bu ittihamlarda 14 ilədək həbs cəzası nəzərdə tutulub.

İstintaq dövründə toplam 11 milyon manatdan çox dəyəri olan əmlakın üzərinə həbs qoyulub.

İ.Mustafayev Dənizkənarı Bulvar İdarəsindən öncə Bayraq Meydanının rəhbəri çalışıb.

Anxeber.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 İyul 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri