Icma.az
close
up
RU
Mövsümi depressiya psixoloji pozuntu, yoxsa xəstəlik? MÜNASİBƏT BİLDİRİLDİ

Mövsümi depressiya psixoloji pozuntu, yoxsa xəstəlik? MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Mövsümi depressiya – tibbi adı ilə mövsümi affektiv pozuntu – ilin müəyyən dövrlərində, xüsusilə payız və qış aylarında müşahidə olunan psixoloji haldır.Bu vəziyyət gün işığının azalması və orqanizmdə baş verən bioloji dəyişikliklərlə bağlıdır".Bunu psixoloq Almara Ağaqızı SİA-ya açıqlamasında bildirib.

“Mənim fikrimcə, insanların əksəriyyəti bu halı ‘hava dəyişdi, kefim yoxdur’ kimi sadələşdirir. Halbuki bu, real və ciddi psixoloji pozuntudur”, – deyə psixoloq bildirib.

Almara Ağaqızının sözlərinə görə, elmi araşdırmalara əsasən, mövsümi depressiyanın əsas səbəbləri bunlardır:
- Günəş işığının azalması nəticəsində bioloji saatın – sirkadiyal ritmlərin pozulması
- Serotonin səviyyəsinin düşməsi və əhval-ruhiyyənin aşağı düşməsi
- Melatonin balansının dəyişməsi və bunun nəticəsində yuxululuq və halsızlıq

“Payız və qış aylarında, xüsusilə həssas sinir sisteminə malik insanlarda bu hallar daha çox müşahidə olunur. Hətta psixoloji problemi olmayan şəxslərdə belə enerjisizlik və passivlik artır”, – deyə psixoloq vurğulayıb.

Mövsümi depressiyanın əsas əlamətləri aşağıdakılardır:
- Uzunmüddətli kefsizlik və əhvalın aşağı olması
- Yuxululuq və enerji çatışmazlığı
- İştah artımı, xüsusilə şirin və un məmulatlarına meyil
- Sosial təcridə meyillilik

“Bəzi insanlar bu dövrdə işdən və sosial həyatdan uzaqlaşmaq istəyir, digərləri isə emosional boşluğu yeməklə doldurmağa çalışır”, – deyə psixoloq qeyd edib".

Almara Ağaqızı hesab edir ki, bu pozuntu ilə mübarizədə kompleks yanaşma ən effektiv nəticə verir:
1. İşıq terapiyası – Günəş işığını imitasiya edən lampalardan gündəlik istifadə
2. Psixoterapiya, xüsusilə Koqnitiv Davranış Terapiyası (KDT)
3. Fiziki aktivlik – açıq havada hərəkət serotonin səviyyəsini artırır
4. Düzgün qidalanma – Omega-3, B vitaminləri və zülalla zəngin qidalar tövsiyə olunur

“Ən vacib məsələ – problemi vaxtında qəbul etmək və yardım almağa çəkinməməkdir. Mövsümi depressiya sadəcə "keçici kef pozuntusu" deyil, müalicə tələb edən real psixoloji vəziyyətdir”, – deyə Almara Ağaqızı fikrini tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri