Icma.az
close
up
RU
Depressiya riskini artıran pis vərdiş

Depressiya riskini artıran pis vərdiş

Icma.az bildirir, Olke.az portalına istinadən.

Hazır yeməklərə süfrədə mütəmadi olaraq duz əlavə edən insanlar depressiya simptomları və böyük depressiv pozuntularla daha tez-tez qarşılaşa bilərlər.

"Ölkə.az" xəbər verir ki, araşdırma "Nutritional Neuroscience" (NN) jurnalında dərc olunub.

Beynəlxalq tədqiqatçılar qrupu belə bir qənaətə gəliblər ki, depressiya həyat keyfiyyətinin və müddətinin azalmasının aparıcı səbəblərindən biri olaraq qalır. Bununla belə, ayrı-ayrı gündəlik qidalanma vərdişlərinin əhval pozuntusu riskinə təsiri hələ tam öyrənilməyib. İşin müəllifləri hazır yeməyə duz əlavə etmə tezliyinin depressiv simptomların kəskinliyi ilə əlaqəli olub-olmadığını yoxlamağa qərar veriblər.

Quandun əyalətinin Xalq Xəstəxanasından Min Çenin rəhbərlik etdiyi komanda ABŞ-ın Milli Sağlamlıq və Qidalanma Müayinəsində (2007–2018-ci illər) iştirak edən 15 mindən çox yetkin şəxsin məlumatlarını təhlil edib. İştirakçılar yeməyə nə qədər tez-tez duz əlavə etdiklərini (bişirilmə zamanı istifadə olunan duz nəzərə alınmadan) qeyd edib və depressiyanın skrininqi üçün standart alət olan PHQ-9 sorğusundan keçiblər.

Təhlil stabil bir asılılığı üzə çıxarıb: insan yeməyə nə qədər tez-tez duz əlavə edirdisə, onun depressiya şkalası üzrə ümumi balı bir o qədər yüksək olurdu. Bu əlaqə yaş, cins, gəlir, təhsil, siqaret çəkmə və xroniki xəstəliklər nəzərə alındıqdan sonra belə dəyişməz qalıb.

Tədqiqatçılar bunun səbəb-nəticə əlaqəsi olub-olmadığını yoxlamaq üçün Mendelyev randomizasiyası metodundan istifadə ediblər. Onlar Britaniyanın "UK Biobank" bazasından istifadə edərək, anadangəlmə daha yüksək duz istehlakına meyilliliklə bağlı genetik variantları müəyyənləşdiriblər. Sonra bu markerlər depressiya ilə bağlı iri genetik tədqiqatlarla müqayisə edilib.

Nəticələr ilkin qənaətləri təsdiqləyib: daha tez-tez duz əlavə etməyə genetik meyillilik depressiv simptomlar riskinin 11%, depressiv pozuntu riskinin isə 28% artması ilə əlaqəli olub.

Müəlliflərin fikrincə, mümkün mexanizm hipotalamus-hipofiz-böyrəküstü vəzi oxunun — kortizol hormonu vasitəsilə stress reaksiyasını tənzimləyən sistemin işinin pozulması ilə bağlı ola bilər. Artıq natrium istehlakı həmçinin iltihaba və oksidləşdirici stressə şərait yaradır ki, bu da beynin emosiyaların tənzimlənməsində iştirak edən strukturlarını zədələyə bilər.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Fevral 2026 05:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see297

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see285

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see269

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see259

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see256

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see255

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see253

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see248

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see238

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see236

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see229

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see223

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see213

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see190

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see189

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see188

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see187

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see181

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see174

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri