Icma.az
close
up
RU
Deputat: 2026 cı ilin bölgə üçün “tarixi sülh ili” kimi tarixə düşəcəyi gözlənilir

Deputat: 2026 cı ilin bölgə üçün “tarixi sülh ili” kimi tarixə düşəcəyi gözlənilir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Azərbaycan və Ermənistan arasında 8 avqust tarixində Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra etimad mühitinin formalaşması istiqamətində mühüm addımlar atılmaqdadır. Bu addımlardan biri də iki ölkə arasında sərhədlərin növbəti delimitasiya prosesinin aparılması və həmin prosesin Zəngəzur dəhlizi istiqamətində irəliləməsi ilə bağlı əldə olunmuş razılaşmadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O əlavə edib ki, delimitasiya prosesinin həyata keçirilməsi sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir:
“Bu, həm də sülh müqaviləsinin əsas şərtlərindən biridir və bu istiqamətdə tərəflər arasında prinsipial fikir ayrılığı müşahidə edilmir. İlk növbədə söhbət iki dövlət və iki xalq arasında etimad mühitinin formalaşması və inkişafından gedir. Sevindirici haldır ki, oktyabrın 21–22-də Ermənistan paytaxtında Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin görüşü keçirilib. Görüş zamanı sülh gündəliyi, ictimai diplomatiya və vətəndaş cəmiyyətlərinin bu prosesə töhfə vermə imkanları müzakirə edilib. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı tarix də artıq dəqiqləşib. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, gələn ilin ortalarına qədər Azərbaycan tərəfdə həm avtomobil, həm də dəmir yolu infrastrukturunun tikintisi tam başa çatacaq. Ermənistan tərəfində isə bu işlərin 2028-ci ilə qədər yekunlaşdırılması planlaşdırılır”.
Deputat deyib ki, Azərbaycan dövləti Ermənistanla münasibətlərdə mühüm bir qadağanı aradan qaldırıb:
“Belə ki, Azərbaycan ərazisindən tranzit qaydada Ermənistana malların daşınmasına artıq icazə verilib. Bu qərar Qazaxıstan–Azərbaycan–Ermənistan istiqamətində yük daşımalarını mümkün edəcək və illərlə davam edən məhdudiyyətlərin aradan qalxması deməkdir. Ermənistan Baş naziri Nikol Paşinyan da Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışı zamanı bu qərarı müsbət addım kimi qiymətləndirib. Bildirib ki, Ermənistan da qarşılıqlı şəkildə Azərbaycandan gələn yüklərin öz ərazisindən tranzit qaydada Naxçıvana və Türkiyəyə daşınmasına şərait yaradacaq.  Türkiyədən gələn yüklər də Ermənistan üzərindən Azərbaycana çatdırılacaq. Bu proses, regionda iqtisadi əlaqələrin bərpası və qarşılıqlı etimadın güclənməsi baxımından mühüm mərhələ sayılır. Bütün bu hadisələr iki dövlət və xalq arasında etimad mühitinin möhkəmləndiyini göstərir. Etimad olan yerdə isə sülhün imzalanması labüddür. Ona görə də 2026-cı ilin bölgə üçün “tarixi sülh ili” kimi tarixə düşəcəyi gözlənilir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri